hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

“Qafqazda ikinci belə layihə olmayıb”-Zəlimxan Məmmədli Elat bayramından danışdı

“Qafqazda ikinci belə layihə olmayıb”-Zəlimxan Məmmədli Elat bayramından danışdı

“Borçalı Cəmiyyəti” İctimai Birliyi Bayraq günündə növbəti konfransını keçirib.

Cebhe.info xəbər verir ki, konfransda Azərbaycan və  Türkiyə şəhidlərinin,  Ahıska və Qərbi Azərbaycan sürgün qurbanlarının xatirəsi yad edilib. Sədarət, katiblik, say komissiyası seçildikdən sonra konfransın gündəliyi təsdiq olunub.

Sədr Zəlimxan Məmmədli tezis formasında son 10 il, eyni zamanda son bir ildə görülmüş işlər haqqında geniş məruzə edib.  

Sədr  son 10 ildəki fəaliyyətə nəzər salıb:  “Biz Borçalının yerləşdiyi coğrafiyanı və strateji mahiyyətini dərk edərək şüurlu şəkildə ağır yolu seçdik. Xaotik və konyuktur yanaşmalardan Borçalı mövzusunu sistemli təsnifatla zənginləşdirərək hər şeyin öz adı ilə çağrılmasına nail olduq. Süni qışqırıq və həyacandan problemi müzakirə müstəvisinə daşıdıq.  Azərbaycan və Gürcüstanın  rəsmi mövqeyini, eyni zamanda Türkiyənin müəyyən maraqlı dairələrinin diqqətini bu mövzuya yönəltdik. Eyni zamanda Borçalının həm Azərbaycanda, həm də Türkiyədə və Türk dünyasında dolğun tanıdılması istiqamətində faydalı addımlar ata bildik.  Biz məsələləri emosional müstəvidən elmi müstəviyyə daşınması istiqamətində əhəmiyyətli yol keçdik. Bir sıra sahələr üzrə, konkret olaraq təhsil, inteqrasiya, torpaq islahatları, toponimlər, aqrar, gömrük, sərhəd keçid, dini maarifləndirmə, mədəniyyətin qorunlması və inkişafı, gürcü dilinin tədrisi haqda təkliflər paketi, “soydaşlar haqqında” qanun, Gürcüstanda ali təhsil və elm ocağının qurulması, Azərbaycanda təhsil alan tələbələrlə iş”  və “geri dönən kadrların sosial müdafiə proqpamı” layihələrinin müəllifi kimi əsas yol xəritəsinin əsasını qoya bildik”.

 Z.Məmmədli deyib ki, Elat bayramı qədər Cənubi Qafqazda fərqli mədəniyyətlərin bir araya yığan ikinci bir layihə olmayıb: “Hər soydaşımızın, eyni zamanda əksər Azərbaycan və Türk coğrafiyalarında milyonların ruhuna hopmuş Elat ruhunun dirçəlişi münasibəti ilə hamınızı, bu işlərə könül verən hər kəsi ürəkdən təbrik edirəm.  Biz eyni zamanda məhz 26 iyulda Azərbaycanda ilk Elat bayramı- Milli Yaylaq Festivalının keçirilməsini alqışlayır, və bu ideyanın ölkəmizə ayaq açnmasında Borçalı türklərinin Elat Mədəniyyəti tədbirinin  ideya qaynağı olduğunun məmnunluğunu yaşamaqdayıq”. 
Aydın
Cebhe.info


Oxunma sayı: 1002