hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

“Qarabağ klanı” revanşda: Paşinyana əvəz axtarılır

“Qarabağ klanı” revanşda: Paşinyana əvəz axtarılır

Ermənistanda inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan meydanda verdiyi vədləri Baş nazir kreslosunda yerinə yetirə bilmədi. 

Bu da onun nüfuzuna ciddi şəkildə zərbə vurdu və Paşinyana qarşı etirazlar səslənməyə başladı. Paşinyanın hakimiyyətdən devirdiyi “Qarabağ klanı”nın liderlərindən biri Serj Sarkisyandır. Sarkisyan hazırda ciddi resurslara sahibdir və hazırkı Ermənistan iqtidarı üçün ciddi təhlükə hesab olunur. “Qarabağ klanı”nın Nikol Paşinyana qarşı fəaliyyətini genişləndirəcəyi əvvəlcədən bəlli idi. Artıq klan liderləri yenidən siyasi səhnəyə qayıtmağa başlayıb. 

Belə ki, Ermənistanın keçmiş prezidenti, Nikol Paşinyanın başçılıq etdiyi “məxməri inqilab”la devrilən Serj Sarkisyan ABŞ-ın İrəvandakı səfiri Linn Treysi ilə görüşüb. Bu, Serj Sarkisyan yenidən siyasi səhnəyə qayıtması kimi dəyərləndirilir. Qeyd edək ki, görüş Amerika tərəfinin təşəbbüsü ilə baş tutub və orada Sarkisyanın başçılıq etdiyi Respublika Partiyasının nümayəndələri də iştirak edib. Səfir Linn Treysinin xahişi ilə Sarkisyan Ermənistandakı daxili siyasi vəziyyət, Qarabağ danışıqlarına dair bir sıra məsələlər, iqtisadiyyat və Ermənistan-Amerika münasibətlərinin perspektivləri barədə mövqeyini çatdırıb.

Sarkisyanla yanaşı, “Qarabağ klanı”nın digər bir lideri, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan düşərgəsində də aktivlik olunur. Robert Köçaryanın tərəfdarlarının yaratdığı “Qələbə” hərəkatının nümayəndələri dünən Qeqarkunik vilayətinin Qavar şəhərində ikinci prezidentə dəstək üçün imza toplayıblar. Bu da klan liderinin yenidən revanşa hazırlaşdığının göstəricisidir. Qeyd edək ki, Robert Köçəryan hazırda həbsdədir və son məlumatlara görə vəkilləri onun müəyyən vəsait qarşılığında azadlığa buraxıla biləcəyini açıqlayıb. “Qarabağ klanı”nın iki lideri, Ermənistanda ən yüksək postunu tutmuş iki şəxsin yenidən siyasi səhnədə aktivləşməsi onların Nikol Paşinyana qarşı revanş götürdüyü göstərir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistan siyasətində gedən son prosesləri “Cümhuriyət” qəzetinə şərh edib. E.Şahinoğlu bildirib ki, hazırda Paşinyanın əsas müxalifəti elə “Qarabağ klanı”dır:

“Biz az fərqli, yarı açıq, yarı gizli fəaliyyət göstərirlər. Paşinyanın səhv etməsini gözləyirlər. “Qarabağ klanı”nın Rusiya ilə də sıx əlaqələri var. Amma indi görürük ki, amerikalılar da onlara “qarmaq” atır. Çünki ABŞ-da görür ki, Ermənistanda əsas müxalifət Sarkisyan, Köçəryan və Qarabağda olan separatçılardır. Bunlar isə hamısı bir mərkəzə-“Qarabağ klanı”na bağlı insanlardır. ABŞ-da istəmir ki, müxalifət tam şəkildə Rusiyanın nəzarətində olsun. Ona görə də düşünürəm ki, ABŞ siyasətini bir qədər korrektə edib. Artıq “bütün yumurtaları eyni səbətə yığmırlar”. 

Ona görə də Serj Sarkisyanla görüşür, Köçəryanın məhkəməsinə maraq göstərirlər. ABŞ ehtimal edir ki, “Qarabağ klanı” yenidən hakimiyyətə gələ bilər. “Qarabağ klan”ı yenidən hakimiyyətə gələrsə, tam olaraq Rusiyanın nəzarətində olmasın deyə ABŞ-da onlarla təmas qurmağa üstünlük verir”.

Elxan Şahinoğlu hesab edir ki, Sarkisyan və Köçəryan hazırda hakimiyyətə gəlmək üçün ciddi şanslara malik deyil:

“Onların elə də ciddi reytinqləri yoxdur. Paşinyan iqtidarı siyasətdə və iqtisadi islahatlarda uğur qazana bilməsə, kobud səhv buraxsa, o zaman “Qarabağ klanı”nın şansları artacaq. Sarkisyan və Köçəryanda alternativ olacaq güc də görmürəm. Paşinyan şərtlərini diqtə edə biləcək yeganə güc məhz “Qarabağ klanı”dır”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 4269