hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

“Qarabağ müharibəsində Orta Asiyanın tam dəstəyini ala bilmədik”-RƏY

“Qarabağ müharibəsində Orta Asiyanın tam dəstəyini ala bilmədik”-RƏY

“Türkmənistanla Azərbaycan arasında olan - Xəzər dənizində bizim "Kəpəz", türkmənlərin "Sərdar" adalandırdığı karbohidrogen yatağı ilə bağlı fikir ayrılıqları çərçivəsində soyuq münasibətlər artıq geridə qalır”.

Cebhe.info-nun xəbərinə görə, bunun Milli Cəbhə Partiyasının (MCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib:

“Xarici İşlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri, iki ölkə prezidentinin dənizdə "Dostluq" yatağının birgə istifadəsi haqqında anlaşma memorandumunun imzalanması ilə bağlı videokonfrans vasitəsilə görüşü fikir ayrılıqlarını kənara qoyur. Bununla Xəzər dənizində Aşqabadın Rusiya və İranın təzyiqlərini neytrallaşdıracaq. 20 ilə yaxındır ki, Xəzər dənizində "Kəpəz" yatağı ilə bağlı Türkmənistan birgə istifadədən imtina edərək, iki ölkə arasında gərginlik hökm sürürdü. Bunula yanaşı, İran və Rusiya türkmən qazının Xəzər dənizinin dibi ilə Azərbaycan üzərindən Avropaya ixracında maraqlı deyil və "Transxəzər" qaz boru kəmərinin tikintisinə mane olurlar.

Artıq rəsmi Aşqabadda ölkənin dost və tərəfdaşının Azərbaycan olduğu, bu illər ərzində İranın siyasi basqısı nəticəsində Azərbaycanla fikir ayrılıqlarını davam etdirməsinin məhz özünün regional təcridinə gətirib çıxarmasının fərqindədir. Gələcək perspektivdə "Transxəzər” qaz kəmərinin çəkilməsi, Bayden administrasiyasının da bu layihəyə dəstək verəcəyi mümkündür. Türkiyə, Azərbaycan, Pakistan, Türkmənistan və Əfqanıstandanı birləşdirən “Lapis-Lazuli” beynəlxalq nəqliyyat dəhlizinin açılması digər layihələrində siyasi reallaşmasına gətirəcək”.

Politoloq bildirir ki, Türkmənistanın Azərbaycanla Xəzər dənizində birgə fəaliyyəti yeni bir mərhələnin başlanğıcıdır:

Bu prosesdə Türkiyə də aktiv rol alır və Azərbaycan digər Orta Asiya ölkələri ilə siyasi-iqtisadi əlaqələri möhkəmləndirməlidir. Qarabağ müharibəsində biz Orta Asiya ölkələrinin tam dəstəyini ala bilmədik. Bundan sonra bu regionla əlaqələr elə qurulmalıdır ki, istənilən vaxt dəstək ala bilək”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 2113