hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

“Qarabağ”ın Avropa Liqasının 4-cü turunda səfərdə APOEL-lə qarşılaşdıqları oyunda (1:2) zədələnən futbolçular Dani Kintana və Miçelin durumu müəyyənləşib.

Kipr təmsilçisi ilə matçın 16-ci dəqiqəsində zədələnərək meydanı tərk edən Kintana 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Oyunun 83-cü dəqiqəsində zədə səbəbindən meydanı tərk edən Miçelin isə durumu ciddi deyil.

Qeyd edək ki, hər iki futbolçunun əzələsi dartılıb.

Cebhe.info


Oxunma sayı: 441