hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Qarabağ”ın mümkün rəqibləri bəlli oldu - SİYAHI

“Qarabağ”ın mümkün rəqibləri bəlli oldu - SİYAHI

Çempionlar Liqasındakı uğursuzluqdan sonra Avropa Liqasında oynayacaq “Qarabağ”ın mümkün rəqibləri bəlli olub.

Ağdam klubunun pley-offda qarşılaşacağı komandanın adı sabah keçiriləcək püşkatmada dəqiqləşəcək.

Azərbaycan çempionu püşkatmada səpələmişlər səbətində yer alacaq. Bu səbətdə III təsnifat mərhələsində uduzan 5 komanda olacaq. “Qarabağ” Zaqreb “Dinamo”su, “Yanq Boyz”, Brest “Dinamo”su və “Srvena Zvezda” ilə eyni səbətdə olduğundan onlarla düşə bilməyəcək.

Qurban Qurbanovun yetirmələri üçün 11 mümkün variant var. Bunlardan ikisi Çempionlar Liqasının II təsnifat mərhələsində uduzan, lakin birbaşa pley-offa yollanan “Lüdoqorets”lə “Tirana”dır.

Digər 9 variant isə gələn həftə baş tutacaq Avropa Liqasının III təsnifat mərhələsinin cütləridir. Lakin bu cütlərin tərkibi də bugünkü II təsnifat məhələsi matçlarından sonra bəlli olacaq.

“Qarabağ”ın mümkün rəqibləri:
“Sarayevo” (Bosniya və Herseqovina) - “Astana” (Qazaxıstan)/“Buduçnost” (Monteneqro)
“Şerif” (Moldova) - “İnter” (Andorra)/“Dandalk” (İrlandiya)
“Ararat-Armeniya” (Ermənistan)/“Fola” (Lüksemburq) - “Selye” (Sloveniya)
“Riqa” (Latviya)/“Tre Fiori” (San-Marino) - “Seltik” (Şotlandiya)
“Kuopio” (Finlandiya)/“Slovan” (Slovakiya) - “Suduva” (Litva)
“Legiya” (Polşa) - “Sileks” (Şimali Makedoniya)/“Drita” (Kosovo)
“Klasksvik” (Farer adaları) - “Konnah” (Uels)/“Dinamo” (Tbilisi, Gürcüstan)
“Yurqorden” (İsveç)/“Europa” (Cəbəllütariq) - ÇFR (Rumıniya)
“Linfild” (Şimali İrlandiya)/“Floriana” (Malta) - “Flora” (Estoniya)/“Reykyavik” (İslandiya)
“Lüdoqorets” (Bolqarıstan)
“Tirana” (Albaniya)

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsi bu gün, III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.

Cebhe.info


Oxunma sayı: 639