hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Qarabağ” "Keşlə"yə böyük hesabla qalib gəlib

“Qarabağ” "Keşlə"yə böyük hesabla qalib gəlib

Avrokubokların hazırlıqlarını davam etdirən Azərbaycan klublarının iştirakı ilə daha bir matç bu gün keçirilib.

Apasport.az saytının məlumatına görə, Qəbələdə təlim-məşq toplanışında olan “Qarabağ”la “Keşlə” yoxlama oyununda üz-üzə gəlib.

Ötən mövsümün qızıl və bürünc mükafatçıları hazırlıq dövründə ikinci dəfə görüşəcək. İlk matçda 3:1 hesabı ilə qalib gələn ağdamlılar bu dəfə də meydanı qələbə ilə tərk edib. Qurban Qurbanovun yetirmələri rəqibini dörd cavabsız qolla məğlubiyyətə uğradıb.

Qeyd edək ki, “Keşlə” bunadək “Qarabağ” (1:3), “Zirə” (1:0) və “Səbail”lə qarşılaşıbsa, “Qarabağ” “Keşlə” (3:1), “Sabah” (1:2) və “Neftçi” (1:0) ilə görüşüb.

Yoxlama oyunu
5 avqust
19:00. “Qarabağ” – “Keşlə” – 4:0

Kvabena Ovusu, Kevin Medina, Mahir Emreli (2)

Cebhe.info


Oxunma sayı: 2762