hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

“Qartal” yuvadan uçdu: Yerinə 10 namizəd var: KİM SEÇİLƏCƏK?

“Qartal” yuvadan uçdu: Yerinə 10 namizəd var: KİM SEÇİLƏCƏK?

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu vəzifəsindən azad edib.

Cebhe.info xəbər verir ki, artıq Boltonun yerinə namizədlərin adı sadalanır. Siyahı kifayət qədər uzundur. Belə ki, bu posta azı 10 nəfərin namizədliyi gözdən keçirilir. Bunların arasında ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayn Huk da var. ABŞ Administrasiyası onun namizədliyinə müsbət yanaşa bilər. O özü də bu vəzifənin icrasında maraqlıdır.

Namizədlər arasında Şimali Koreya üzrə xüsusi nümayəndə Stiven Biqan, Mayk Pensin təhlükəsizlik üzrə müşaviri Kit Kelloq, ABŞ-ın Niderland və Almaniyadakı səfirləri də var. 
Ancaq Trampın dəyişkən xarakterini nəzərə alsaq, namizədin heç gözlənilmədən də ortaya çıxması mümkündür. 

İndi əsas məsələ İran və Rusiyaya qarşı sərt sətt tərəfdarı olan, "qartal" ləbəli Con Boltonu əvəzləyəcək şəxsin bu xətti dəyişdirib-dəyişdirməyəcəyidir. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 1321