hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Qaydalara əməl olunsa, karantindən qaçmaq olar, əks halda...” - Tanınmış həkim

“Qaydalara əməl olunsa, karantindən qaçmaq olar, əks halda...” - Tanınmış həkim

Artıq ötən ayın sonundan etibarən Azərbaycanda koronavirusla əlaqədar tətbiq olunan karantin qaydaları yumşaldılıb.

Rayonlara gediş-gəliş bərpa olunub, kafe və restoranlar açılıb, metro fəaliyyətini bərpa edib. Lakin bununla belə, yoluxma sayının gah azalıb, gah artması yenidən karantin olacağı ilə bağlı suallar yaradır.

Artıq oktyabrda ikinci dalğanın olacağı ilə bağlı proqnozlar verilir. Lakin əhalinin karantindən bezdiyi, aylarla evdə qalmanın həm maddi, həm mənəvi ağırlığı açıq-aydın görünür. Məlumdur ki, ölkə bir dəfə bu təcrübədən yararlanıb və ürəkaçan nəticənin olduğunu söyləmək olmaz.

Maraqlıdır ki, yoluxmanın artması fonunda qaydalara əməl etməklə karantindən qaçmaq mümkündürmü?

Cebhe.info-ya açıqlamasında tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib ki, yoluxma sayı artarsa, yenidən karantin elan edilməsi qaçılmaz olacaq:

"Əgər vətəndaşlar pandemiyanın qaydalarına uyarlarsa, təcridə ehtiyac qalmayacaq. Amma yoluxma sayı artarsa, yenidən karantin olacaq. Bu qaçılmazdır. Əgər yoluxma artarsa və karantinə ehtiyac olacaqsa, bunun tərəfdarıyam".

Naibə
Cebhe.info


Oxunma sayı: 1101