hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

“Qazilərimizi, yaralılarımızı incitmək olmaz” - DEPUTAT

“Qazilərimizi, yaralılarımızı incitmək olmaz” - DEPUTAT

“Qazilər hansısa sənədi almaq üçün təəssüf ki, müəyyən müəssisələrin qarşısında növbə tutmağa məcbur olurlar. Təbii ki, bu, prosedurlar çərçivəsində edilir. Hesab edirəm ki, qazilərimiz, yaralılarımız eyni sənəd üçün bir neçə dəfə hansısa müəssisəyə getməli deyil”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Nigar Arpadarai deyib.

Deputat təklif edib ki, bunu üçün “ASAN xidmət” modeli yaradılsın və qazilərə, yaralılara lazım olan sənədlər onların evinə aparılsın:

“Hesab edirəm ki, qazilərimizi, yaralılarımızı incitmək olmaz. Səyyar xidmət təşkil edib, onların işini asanlaşdırmaq mümkündür və bu, vacibdir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 705