hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

“Qazımız neft itkilərimizi kompensasiya edə biləcəkmi...” – İQTİSADÇI

“Qazımız neft itkilərimizi kompensasiya edə biləcəkmi...” – İQTİSADÇI

Avropada havaların dəyişkənliyi, habelə Norveçdən qaz tədarükünün azalması ilə təbii qaz bazarında qiymətlər son üç ilin maksimum həddinə çatıb.

Niderlanddakı TTF onlayn satış mərkəzində qazın bugünkü fyüçersləri 6 % artaraq 357 USD/1000 kubmetrdən satılıb ki, bu da 2018-ci ilin mart ayından bu yana ən yüksək rəqəmdir.

Həmin vaxt regionda havaların kəskin soyuması nəticəsində TTF-də qaz 969 USD/1000 kubmetrə, Böyük Britaniyanın NBP mərkəzində isə, hətta 1 227 USD/1000 kubmetrə çatmışdı.

Qeyd edək ki, bu ilin ötən dövründə TTF-də “ertəsi gün” fyüçersinin orta qiyməti 257 USD/1000 kubmetr təşkil edir.

Azərbaycan da qaz ixrac ölkələr sırasındadır. Hazırda dünyada neft qiymətləri artan xətt üzrə getsə də, dünya üzrə neftə təlabat əvvəlki illərlə müqayisədə azalıb.

Digər tərəfdən neft artıq tükənmək üzrədir və ölkələr neft gəlirini alternativ yollarla konpensasiya etməyə çalışır.

Maraqlıdır, Azərbaycanın qaz gəlirləri neftin qiymətinin azalacağı halda yaranacaq boşluğu doldurmaq gücündədirmi?

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, dünya bazarında qaz qiymətləri düşməsə, mavi yanacaq neft gəlirlərini konpensasiya edəcək:

“Dünyada qazın qiyməti neftin qiymətinə bağlıdır. Əgər neftin qiyməti uculaşırsa, qaz da dəyərdən düşür. Amma bütövlükdə Azərbaycanda neft erası bitir, artıq qaz erası başlayır. Azərbaycan qaz potensialına görə cəlbedici ölkədir. Hesab edirəm ki, neft ixracının azalmasını qaz ixracının artması ilə kompensasiya edəcək. Bu şərtlə ki, qiymətlər kəskin düşməsin. Əgər düşərsə, bu, çətin olacaq”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 540