hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

“Qəbələ” Azərbaycan kubokunun qalibi OLDU

“Qəbələ” Azərbaycan kubokunun qalibi OLDU

Bu gün Azərbaycan kubokunda 2018/19 mövsümünə yekun vurulub.

Cebhe.info xəbər verir ki, yarış  Naxçıvan Muxtar Respublikası Stadionunda keçirilən final oyunu ilə başa çatıb.

Avropa Liqasına vəsiqə verən mükafat uğrunda matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gəlib. İndiyədək kuboku qazanmayan rəqiblər tarixlərində ilk titul üçün mübarizə aparıblar.

İkinci dəfə Naxçıvanda baş tutan finaldan öncə açılış mərasimi və konsert proqramı təşkil olunub. Ardınca start fiti verilən oyun erkən qolla başlayıb. Stiven Monroz 4-cü dəqiqədə hesabı açıb.

Bu top matçın taleyini həll edib. Qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi adına yiyələnib.

Qeyde dək ki, “Qəbələ” Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Cebhe.info


Oxunma sayı: 573