hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

“Qəbələ”nin Gənclər Liqasında potensial rəqibləri bəlli oldu

“Qəbələ”nin Gənclər Liqasında potensial rəqibləri bəlli oldu

Sabah UEFA Gənclər Liqasında mövsümün ilk püşkatma mərasimi keçiriləcək.

Cebhe.info xəbər verir ki, Azərbaycan çempionu “Qəbələ”nin də 1/32 finaldakı rəqibi bəlli olacaq.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə əvvəl Çempionlar Liqası yolu, ardınca Çempionlar yolunun iştirakçıları cütlərə bölünəcək. Hər yol üzrə 32 komanda 16 cüt təşkil edəcək.

“Qəbələ” Çempionlar yolunda mübarizə aparacaq. Martın 2-3-də keçiriləcək 1/32 finalın iştirakçıları püşk ərəfəsində qruplara bölünüb. Hər qrupda 8 komanda yer alıb.

Azərbaycan çempionu 4-cü qrupa daxil edilib. “Qəbələ”nin 7 mümkün rəqibi var. Bunlar “Çertanovo” (Rusiya), “Dinamo” (Minsk, Belarus), “Kayrat” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Lüdororets” (Bolqarıstan), “Şkendiya” (Şimali Makedoniya) və “Şerif” (Moldova) klublarıdır.

Cebhe.info


Oxunma sayı: 1442