hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

“Qırğı”nın istefasından sonra Ağ Ev yumşalacaq? - Şərh

“Qırğı”nın istefasından sonra Ağ Ev yumşalacaq? - Şərh

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatları Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib. 

“Ağ Ev onun xidmətlərinə daha ehtiyac duymur” - Bunu Boltonun istefasına münasibət bildirən Prezident Donald Tramp deyib.

Qeyd edək ki, Bolton administrasiyada “müharibə partiyası”nın əsas simalarından, sərt xarici siyasətin tərəfdarı hesab olunur.

Maraqlıdır, Boltonun istefaya göndərilməsindən sonra ABŞ-ın xarici siyasəti yumşalacaqmı? 

Politoloq Əhəd Məmmədli Cebhe.info-ya açıqlamasında Boltonun istefaya göndərilməsinin nəyisə dəyişməyəcəyini deyib:

“Bolton o şəxs deyil ki, ABŞ-ın xarici siyasətini müəyyənləşdirsin. Bolton, Prezident Trampın tapşırıqlarını yerinə yetirən dispozisiyada olub. ABŞ-ın sərt xarici siyasəti Boltonun o vəzifəyə gəldiyi üçün deyildi, bu siyasət Tramp və onun arxasındakı qrupun istəyi ilə keçirilirdi. Tramp administrasiyasında istefalar adi hala çevrilib. Boltonun yerinə kimin gəlməsindən asılı olmayaraq ABŞ-ın xarici siyasətinin kursunu Tramp və onu hakimiyyətə gətirənlər müəyyən edəcək. ABŞ fərdlər deyil, sistem tərəfindən idarə edilir. Bu idarəetmədə istər daxili, istərsə də xarici istiqamətdə nə daim sərtlik, nə də daim yumşaqlıq var, sadəcə qamçı və çörək siyasəti mövcuddur. Belə olub, indi də belə davam edəcək”. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 628