hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

“Qiyamət günü”: Şamaxı Rəsədxanası və “Quran”ın baxış bucağında 

“Qiyamət günü”: Şamaxı Rəsədxanası və “Quran”ın baxış bucağında 

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyində (NASA) çalışan türk alim Ümid Ulduz Yer kürəsinin yox olacağı tarixi açıqlayıb. 

Alimin açıqlamasına görə, hazırda 4.5 milyard il yaşı olan Yer kürəsinin 5 milyard il ömrü qalıb. 

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov mövzu ilə bağlı Cebhe.info-ya deyib ki, alim bunu ulduzların təkamül nəzəriyyəsi ilə əsaslandırıb: 

“Təkamül nəzəriyyəsinə görə, Günəşin 1 saniyədə itirdiyi kütlə və onun kütləsində gedən nüvə sintez reaksiyasının sürəti məlumdur. Bununla Günəşin öz ömrünü başa vurub neytral ulduza çevriləcəyini müəyyən etmək olur. Bunu dəqiq hesablayırlar. Günəş sistemi və onun ətrafındakı planetlər, o cümlədən də Yerin yaşı 4 milyarddan bir qədər çoxdur. Təqribən 5 milyard ildən sonra Günəş şişib partlayacaq və bütün planet sistemini, o cümlədən Yeri udacaq”. 

Astroloq Firudin Qurbansoyun sözlərinə görə, Yer kürəsini hər gün min tonlarla kosmik toz bürüyür. Eyni zamanda da fırlana-fırlana o tozun müəyyən hissəsi  yoxa çıxır: 

“Belə çıxır ki, Yer kürəsi zaman-zaman bu tozları özündə saxladığı üçün kütləsi çoxalır, ağırlaşır. Ağırlaşanda isə  adət elədiyi trayektoriyasındakı sürətindən daha az sürətlə gedəcək. Bu baxımdan, Yerdə həyatın sönməsi üçün müəyyən şərait yaranacaq. Bundan əlavə meteroitlərin Yerə düşməsi və Yeri “bombardman” etməsi fikri var. Yer kürəsinə meteroitlərin təsiri, hətta kometlə toqquşması ilə bağlı fərziyyələr var. Allah “Qurani-Kərim”də də bizə bildirib ki, qiyamət günü olacaq, bütün bəşəriyyət öləcək və sonra hamı diriləcək. Bu haqda bütün dini kitablarda var”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1783