hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

“Real”dan daha bir DARMADAĞIN: “Kral klubu” liderliyə yüksəldi

“Real”dan daha bir DARMADAĞIN: “Kral klubu” liderliyə yüksəldi

Futbol üzrə İspaniya çempionatında növbəti turun oyunları keçirilib.

Cebhe.info xəbər verir ki, Madridin “Real” klubu səfərdə “Eybar”ın qonağı olub. Hesabı 17-c dəqiqədə “Real”ın hücumçusu Kərim Benzema açıb. 20-ci dəqiqədə ev sahiblərinin qapısına penalti təyin olunub.

“Real”ın kapitanı Serxio Ramos dəqiq olub: 2-0.

29-cu dəqiqədə Kərim Benzema penaltidən fərqlənib. Birinci hissə 3-0 hesabı ilə bitib. İkinci hissə də “Real”ın üstünlüyü ilə keçib. 61-ci dəqiqədə Federiko Valverde Modriçin ötürməsini qola çevirib. Oyun 4-0 hesabı ilə “Real”ın xeyrinə başa çatıb. Bu oyundan sonra “kral klubu” 12 oyundan 25 xalla liderliyə yüksəlib. Digər oyunlarda ev sahibləri qalib gəlib. “Alaves” “Valyadolid”dən üstün olub: 3-0. “Valensiya” “Qranada”nı məğlub edib: 2-0. “Real Sosyedad”-“Leqanes” oyunu 1-1 hesabı ilə başa çatıb.
Aydın
Cebhe.info


Oxunma sayı: 881