hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

“Real” səfərdə darmadağınla qələbə qazandı - VİDEO

“Real” səfərdə darmadağınla qələbə qazandı - VİDEO

Futbol üzrə İspaniya çempionatında (La Liqa) növbəti turun oyunları keçirilib. Cebhe.info xəbər verir ki, “Ueska”-“Valyadolid” oyunu heç-heçə başa çatıb: 2-2. “Sevilya” “Kadis”i 3-0 hesabı ilə məğlub edib. “Real Soyedad”-“Betis” oyunu 2-2 hesabı ilə yekunlaşıb.

Madridin “Real” klubu səfərdə “Alaves”lə qarşılaşıb. “Kral klubu” 4-1 hesabı ilə qalib gəlib. Bu oyundan sonra Zinəddin Zidanın komandası 19 oyundan 40 xalla turnir cədvəlində 2-ci yerdə qərarlaşıb.

İlk pillədə isə Madridin digər klubu “Atletiko”dur. Lider 17 oyundan 44 xal toplayıb.

Aydın
Cebhe.info


Oxunma sayı: 1618