hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

“Regionda ən baha bilet satan “AZAL” ili zərərlə başa vurub” – RƏY

“Regionda ən baha bilet satan “AZAL” ili zərərlə başa vurub” – RƏY

“Azərbaycan Hava Yolları” ("AZAL") ötən ili zərərlə başa vurub.

Cebhe.info-nun xəbərinə görə, iqtisadçı-ekspert Natiq Cəfərli bu barədə fikirlərini bildirib:

“2018-ci ilin yekunlarına görə, yerli aviaşirkətlər (“AZAL”, “BUTA”) və başqaları, ümumilikdə 208 milyon 233 min manat zərərə məruz qalıb. Bir ildə aviaşirkətlərin zərəri 2017-ci ilə nisbətən 20,8% artıb.

Deməli, ölkənin ən böyük inhisarçı şirkətiərdən biri olasan, eləcə də dotasiya alan şirkətlər sırasında yer alasan, regionda ən baha qiymətə bilet satasan, amma yenə rəsmi rəqəmlərə görə, ziyanla işləyəsən - bunu bacarmağa xüsusi fitri istedad lazımdır ki, o da “AZAL” rəhbərliyində var!

Hazırda ziyanla işləyən şirkət rəhbəri ölkədə ən varlı adamlardan biridir - bunu izah edən tapılsa, iqtisadiyyat üzrə Nobe mükafatı həmin şəxsə veriləcək”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 991