hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

“Regionda yeni müharibə ehtimalı sıfıra düşdü” - Seçki dəyərləndirməsi

“Regionda yeni müharibə ehtimalı sıfıra düşdü” - Seçki dəyərləndirməsi

“Parlament seçkisində güclü əzm və iradə göstərən Nikol Paşinyanın qalib gəlməsi və Robert Köçəryan kimi bir caninin hakimiyyətə yolunun bağlanması müsbət hadisədir. Xalqın əksəriyyəti Rusiyanın qəzəbindın qorxmadı. Putin mifini yerə vurdu, müharibəyə və dolayısı ilə Qarabağ avantürasına “yox” dedi”.

Cebhe.info xəbər verir ki, bunu professor Qulu Məhərrəmli Ermənistanda keçirilən seçkinin nəticəsindən danışarkən deyib.

O bildirib ki, regionda yeni müharibə ehtimalı sıfıra düşdü, revanşizm aktuallığını itirdi:

“ “Qarabağ klanı” biabırcasına məğlub oldu. Məlum oldu ki, Paşinyan düşünüldüyü qədər də sadə fiqur deyil. O, Rusiyadan qaynaqlanan müharibənin acı nəticələrini, ölkəyə və xalqa hansı zərbələr vurulduğunu görüb-yaşadığından Qərb yönümlü siyasətini davam etdirəcək, bu kontekstdə Türkiyə və Azərbaycanla münasibətlər yaxşılaşacaq. Bakı ilə sərhəd məsələləri və Zəngəzur dəhlizi problemi tezliklə həll olunacaq, nəqliyyat xətləri işləyəcək. Bunlarla yanaşı, Yerevan-Moskva münasibətlərində gərginlik artacaq, Rusiya Qarabağ kartını fəallaşdıracaq. Qərbin iştirakilə birbaşa Azərbaycan-Ermənistan dialoqu başlasa, hər iki ölkə Rusiya təhlükəsini minimuma endirə biləcək”.

Cebhe.info


Oxunma sayı: 2542