hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“Reket” jurnalist Osman Nərimanoğlu daha bir məhkəməni uduzdu - Növbədə daha iki proses var

“Reket” jurnalist Osman Nərimanoğlu daha bir məhkəməni uduzdu - Növbədə daha iki proses var

Gəncə Apelliyasiya Məhkəməsi Göygöl Rayon Məhkəməsinin qərarından şikayət verən, Azərbaycan Mətbuat Şurasının qərarı ilə adı “reket” siyahısına salınan demokratik.az adlı domenin istifadəçisi, özünü bölgələrdə jurnalist kimi qələmə verən, əslində isə jurnalistika ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan Rzayev Osman Nəriman oğlunun verdiyi şikayəti təmin etməyib, yalnız cərimənin məbləğini bir qədər azaldıb.

Qeyd edək ki, birinci instansiya yazdığı qərəzli, təhqir dolu yazılara görə onu 2000 manat cərimə və üzr istəməsini tələb edib. Buna səbəb tanınmış jurnalist, “Tərəqqi” medalı laureatı Əhməd İsayevin verdiyi şikayət olub. Jurnalistikadan şantaj aləti kimi istifadə edən Osman Rzayev qocaman jurnalist haqda yazdığı “Əhməd haradadır?” yazısında ekspertiza və məhkəmə şərəf və ləyaqətin təhqiri motivlərini müəyyən etdiyi üçün belə qərar verib. Qeyd edək ki, əsl adı və soyadı Osman Rzayev olan bu şəxs məmurlara və cəmiyyətə özünü Nərimanoğlu təxəllüsü ilə təqdim edir.

Onunla bağlı məhkəmələrə əlavə şikayətlər də edilib. Hazırda müxtəlif məhkəmələrin icraatında Osmana qarşı qaldırılan iki iddiaya baxılır. İddiaçılardan biri Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovdur. Digər iddaiçı isə tanınmış jurnalist Məhəmmədəli Qəriblidir. Xatırladaq ki, bu yaxınlarda Bakının Nizami Rayon Məhkəməsində də Osman Nərimanoğlu Məhəmmədəli Qəribliyə biabırçı şəkildə uduzub. Onun xüsusi ittiham qaydasında məhkəməyə verdiyi şikayət heç icraata belə qəbul edilməyib. Həmin iddiasında Osman Nərimanoğlu DTX tərəfindən həbs edilən İkram Rəhimov və Polad Aslanovla yaxınlığını əks etdirən fotonun yayılmasını qanusuz saymağa cəhd edib.

Cebhe.info


Oxunma sayı: 1387