hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

“Relaks”ın “Azəriqaz”a da borcu var? - “Açıqlamağa ixtiyarımız yoxdur”

“Relaks”ın “Azəriqaz”a da borcu var? - “Açıqlamağa ixtiyarımız yoxdur”

“Relaks” istirahət mərkəzinin “Azərenerji”yə 30 min manat məbləğində borcu olduğu ortaya çıxıb.

İndiyədək istirahət mərkəzinin məsul şəxsləri “Azərenerji”nin əməkdaşlarına sayğaca baxış keçirməyə icazə verməyib. Qeyd edək ki, “Relaks”ın rəhbərliyində təmsil olunan bir qrup şəxs yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb. Vergilər, Daxili İşlər nazirlikləri və prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər həbs edilib və faktla bağlı cinayət işi açılıb.

Bəs görəsən, “Relaks”ın “Azəriqaz” ASC-nə nə qədər borcu varə

“Azəriqaz” İstehsalat Birliyinin İcitmaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, onların hər hansı bir qurumun “Azəriqaz”a olan borcunu qarşı tərəfin razılığı olmadan açıqlamaq ixtiyarları yoxdur:

“Əgər bir narazılıq olsaydı, yəqin ki, məlumat ictimaiyyətə təqdim olunardı . Ümumilikdə isə bu, qarşı tərəfin kommersiya sirri olduğu üçün bizim bunu açıqlamaq ixtiyarımız yoxdur. Söhbət sadəcə bu obyektdən getmir. Məsələ bütün obyektlər üçün keçərlidir. Bu haqda məlumat ancaq qarşı tərəfin yazılı razılığı əsasında verilə bilər. Bu sorğunu bizdən vergi orqanları və ya digər orqanlar ancaq zərurət yaranarsa, tələb edə bilər. Yoxsa hər sahibkarın borcunu açıqlamaq onun hüquqlarının tapdalanması ola bilər. Bildiriş bütün sahibkarlara gedir, kimin borcu varsa, onun ödənişinə “Azəriqaz” tərəfindən imkan da yaradılır”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1222