hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

“Rusiya Baltikyanı ölkələrlə bacarmır” - ŞƏRH

“Rusiya Baltikyanı ölkələrlə bacarmır” - ŞƏRH

“Rusiya keçmiş SSRİ ərazisini özünün "arxa baxçası" hesab edir”. 

Cebhe.info xəbər verir ki, bu şərhlə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Rusiya Baltikyanı ölkələrlə bacarmır, çünki Estoniya, Litva və Latviya NATO-nun və Avropa İttifaqının üzvüdürlər:

“Moskvanın bu ölkələrə gücü çatmır, risk böyükdür, ona görə də əsas diqqəti o birilərinə yönəldib. Rusiyanın siyasi mərkəzləri imperiya xülyası ilə yaşayırlar və elə bilirlər ki, ətrafdakıların tamamı bu və ya digər şəkildə onlara itaət etməlidirlər. 

Rusiya qonşu ölkələrin müstəqilliklərini əllərindən almasa da, separatçılara dəstək yolu ilə bildiyini edir. Həmçinin, çeşidli təxribatlar hazırlayan mexanizmlərə də malikdir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 969