hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“Rusiya Paşinyanı devirəcək” - ŞƏRH

“Rusiya Paşinyanı devirəcək” - ŞƏRH

“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopkinkin iyunun 13-də Ermənistanın keçmiş prezidenti, müxalifət lideri Robert Köçəryanla görüşüb”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev sosial şəbəkə hesabında paylaşıb:

“Görüş "Erebuni Plaza" biznes mərkəzində baş tutub. 1 saat davam edən görüşün təfərrüatı isə məlum deyil. Görünən budur ki, Rusiya Köçəryana öz dəstəyini davam etdirir. Bu isə baş nazir Nikol Paşinyana bir mesajdır.

Düşünürəm ki, Kreml oyun oynayır, Köçəryandan sadəcə Paşinyanı əldə saxlamaq üçün istifadə edir. Əgər Paşinyan Rusiyadan imtina edib Qərbə tərəf öz döndərsə, Rusiya Köçəryanın vasitəsi ilə Paşinyanı devirəcək”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2146