hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

“Rusiya Paşinyanla ikili oyun oynayır” – POLİTOLOQ

“Rusiya Paşinyanla ikili oyun oynayır” – POLİTOLOQ

“Rəsmi Kreml Paşinyanla ya ikili oyun oynayır, ya da Rusiyadakı ermənilərinə nəzarət edə bilmir”.

Cebhe.info-nun xəbərinə görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:

“Rusiya Prezidenti Vladimir Putinin vasitəçilyi ilə yanvarın 11-də Moskvada azərbaycanlı və erməni həmkarı ilə üçtərəfli görüş keçirildi. Kreml sahibi görüşün nəticəsindən razı qaldığını bildirdi. Kremlin nəzarətindəki media da görüşü uğurlu adlandırıb.

Buna baxmayaraq, Rusiyadakı ermənilər Moskva bəyanatına imza atan Nikol Paşinyanı batırmaq üçün əllərindən gələni edirlər. Məsələn, Rusiya ermənilərinin lideri Ara Abramyan əvvəlcə Paşinyana ultimatum elan etdi ki, “Moskvaya gəlmə”, bu alınmadıqda Ermənistanın Rusiya səfirliyi qarşısında etiraz təşkil etməyə çalışdı.

Kremlin nəzarətindəki və erməni jurnalist Marqarita Simonyanın rəhbəri olduğu “Sputnik” agentliyinin Ermənistandakı ofisi olan “Sputnik Ermənistan” faktiki Paşinyan əleyhinə olan qüvvələrin informasiya ruporuna çevrilib. Paşinyan əleyhinə ən sərt, bəzən isə təhqiramiz yazılar məhz “Sputnik Ermənistan” agentliyində yayınlanır.

Misal üçün, agentlik dünənki Moskva görüşü barədə yazı yayınlamaq əvəzinə “Paşinyan Ermənistan iqtisadiyyatına 38 milyard dolar zərər vurub” və “Ermənistan Sünikdə nə qədər torpaq itirdi” yazılarını yayınlayıb. Kreml Ara Abramyanın da ipini yığa bilər, Marqarita Simonyana da deyə bilər ki, “hələlik Paşinyan bizə lazımdır, onu az tənqid edin””.

Politoloqun qənaətinə görə, Kreml bunları etmirsə, demək Paşinyana qarşı “kökə” və “qamçı” siyasətindən çıxış edir:

“Kreml bir tərəfdən Paşinyana imzaladığı 10 noyabr və 11 yanvar bəyanatlarını icra etdirir, digər tərəfdən də Ara Abramyan və Marqarita Simonyan kimilərdən istifadə edərək Ermənistanın baş nazirini qamçılayaraq ona təzyiqini davam etdirir. Yəni Kreml keçmişdə zəhləsi getdiyi Paşinyana demək istəyir ki, “Sən artıq bizim əlimizdəsən””.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1233

Bizim Telegram səhifəmizi izləyin