hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

“Rusiya Türkiyənin Azərbaycanda hərbi baza yaratmasına qarşı çıxış edə bilməyəcək” - Politoloq

“Rusiya Türkiyənin Azərbaycanda hərbi baza yaratmasına qarşı çıxış edə bilməyəcək” - Politoloq

“Üçtərəfli Moskva görüşündə 10 noyabr Bəyannaməsinin 9-cu bəndinə əsasən, iqtisadi və nəqliyyat kommunikasiyaların açılması rəsmiləşdi. Bununla da beynəlxalq tranzit əlaqələri bərpa edildi”.

Cebhe.info-nun xəbərinə görə, bunu Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

“Ermənistanın Rusiya ilə dəmiryol nəqliyyatı, həmçinin paralel olaraq Azərbaycan və Türkiyə arasında dəmir və avtomobil yolunun açılması rəsmiləşdirildi. İlk növbədə bu Azərbaycan üçün uğurlu olsa da, Rusiya da Türkiyə və Ermənistanla birbaşa quru yol əldə etdi. Rusiyanın Yaxın Şərqlə birbaşa əlaqəsi təmin edildi. Bəyannəmədən irəli gələn bu bənd Rusiyanın maraqlarına cavab verir. Bu, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin qurulması demək deyil. İki ölkə arasında iqtisadi və siyasi əməkdaşlıq yalnız sülh müqaviləsinin imzalanmasından sonra mümkündür. Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsi Rusiyanın geosiyasi maraqlarına cavab vermədiyi üçün o bu məsələdə maraqlı deyil. Maraqlı olsa idi, məlum Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin edərdi. Bura erməni silahlı birləşmələrinin ərazidən çıxarılması, azərbaycanlı köçkünlərin Xankəndinə və digər sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə qayıdışı təmin edilərdi. Göründüyü kimi, Rusiyaya yalnız nəqliyyat əlaqələrinin bərpası lazım idi, ona da nail oldu”, - deyə o bildirib.

Politoloq qeyd edib ki, Moskva görüşündə prinsipial problemler qaldı:

“Azərbaycanın Türkiyə ilə birgə bu problemləri də həll etməsi gələcək perspektivdə mümkündür. Çünki Rusiya Azərbaycan vasitəsilə Ermənistana, Türkiyə vasitəsilə Yaxın Şərqə çıxır. Rusiyanın Ermənistana çıxış imkanları Azərbaycanın, Yaxın Şərqə isə Türkiyənin nəzarətindədir. Rusiya birbaşa Suriya ilə dəmir yolu əlaqəsini bərpa edib, Tatrus və Xmeyim hərbi bazasına dəmiryol vasitəsilə yüklərin daşınmasının ucuz başa gəlməsini planlaşdırır. Rusiyaya qarşı ABŞ və Avropanın sanksiyaları, NATO ilə ciddi konfontrasiya fonunda Moskva Türkiyə ilə iqtisadi və siyasi əməkdaşlığı inkişaf etdirmək məcburiyyətindədir. Biz Türkiyənin rolunun artırılmasına çalışmalı, birgə hərəkət etməliyik. Hazırda Türkiyə ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq yüksək səviyyədədir və Türkiyənin ölkəmizdə yeni hərbi bazasının yaradılması mümkün ssenarilər sırasındadır. Rusiya Türkiyənin Azərbaycanda hərbi baza yaratmasına qarşı çıxış edə bilməyəcək. Artıq bununla barışıb”.

Xatirə

Cebhe.info


Oxunma sayı: 2003

Bizim Telegram səhifəmizi izləyin