hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

“Rusiyanın vəziyyəti 1998-ci ilin defoltunu xatırladır”-German Qref

“Rusiyanın vəziyyəti 1998-ci ilin defoltunu xatırladır”-German Qref

Rusiya Əmanət Bankının rəhbəri German Qref koronavirus pandemiyasını 1998-ci ilin defoltu ilə (öhdəliklərin yerinə yetirilməməsi) müqayisə edib.

Cebhe.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"İndiki vəziyyəti 1998-ci ildə baş verən defoltla müqayisə etmək olar. O vaxt Sergey Kiriyenkonun Ağ Evə gəlişindən az sonra defolt yaranmışdı. Bunu pandemiyanın yaratdığı çətinliklərlə oxşar hesab edirəm ", - deyə Qref qeyd edib.

Qref həmçinin vurğulayıb ki, Rusiya iqtisadiyyatı yaranan böhrandan proqnozlaşdırıldığından daha yaxşı çıxa biləcək.

Onun sözlərinə görə, rublun üzən məzənnəyə keçidi düzgün qərara əsaslanıb. "Üzən məzənnədə olan rubl makroiqtisadi vəziyyətin təbii dempferidir", - deyə Qref əlavə edib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 936