hava haqqinda Bakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9056
  • NEFT - $ 72.38
  • clouds-weather

“Rusların həyatını xilas etmişik”- POMPEO

“Rusların həyatını xilas etmişik”- POMPEO

ABŞ Dövlət katibi Mayk Pompeo Rusiya ilə yaxınlaşmanın 3 məqamını qeyd edib. 

Cebhe.info xəbər verir ki, Soçidə Putinlə görüşən Pompeo görüşün uğurlu olduğunu bildirib. Qeyd edib ki, tərəflər 3 məsələdə əməkdaşlıq edə bilərlər. Bunlardan biri Əfqanıstandakı vəziyyətdir. Pompeonun sözlərinə görə, ABŞ və Rusiya bu regiondan gələn təhdidlə üz-üzədir. Buna görə də zorakılığın azaldılması üçün tədbirlər görülməlidir.

Tərəflər arasında ikinci həssas nöqtə Şimali Koreyadır. Pompeo hesab edir ki, iki ölkə Koreya yarımadasındakı durumla bağlı da əməkdaşlıq edə bilər.

İki ölkənin əməkdaşlığını vacib edən üçüncü sahə terrorizmlə mübarizədir. Siyasətçi bildirib ki, bu məsələdə iki ölkənin birgə hərəkəti vacibdir. Əvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru işlədiyini xatırladan Pompeo Rusiya ilə əməkdaşlığı xatırladıb. Bildirib ki, ölkəsinin təhlükəsizliyinin təminində Rusiyadan alınan informasiya yardım edib: "Mən bilirəm ki, biz də rusların həyatını xilas etmişik, onlara informasiya vermişik". 

Xəzər
Cebhe.info


Oxunma sayı: 287