hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

“Rystad” maye təbii qaz çatışmazlığının yaranacağını proqnozlaşdırır

“Rystad” maye təbii qaz çatışmazlığının yaranacağını proqnozlaşdırır

Mozambikdə təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən maye təbii qaz (MTQ) layihələrinin inkişafının gecikməsi dünya üzrə MTQ çatışmazlığı yarada bilər.

“Report” xəbər verir ki, bu barədə “Rystad Energy” şirkətinin analitiklərinin proqnozunda deyilir.

Fransanın enerji nəhəngi “Total” bu yaxınlarda verdiyi bəyanatda Mozambikdəki MTQ kompleksində qeyri-müəyyən gecikmələrə diqqət çəkib.

Şirkətin rəhbərliyi bildirib ki, Mozambikdəki iğtişaşlar MTQ layihəsinin başlamasını ən azı bir il gecikdirəcək, halbuki bundan əvvəl qazın ilk həcmlərinin 2024-cü ildə əldə ediləcəyi gözlənilirdi.

2026-2030-cu illər arasında ildə 9 milyon tona qədər MTQ bazara çatdırılmaya bilər. Bu isə qlobal tarazlığı pozacaq.

“Rystad Energy” bundan əvvəl bazarda 2026-cı ildə tarazlığın yaranacağını proqnozlaşdırırdı, lakin bu il mövcud həcmlər üçün rəqabət artaraq qiymətlərin qalxmasına və volatilliyinə səbəb ola bilər.

“İndi Mozambikdə MTQ istehsalının yalnız 2026-cı ildə başlayacağını gözləyirik və sərt təhlükəsizlik tədbirləri olmadan tikinti işlərinin bərpa olunma ehtimalı azdır,”– “Rystad Energy”nin MTQ üzrə analitiki Kauşal Rameş deyib

Cebhe.info


Oxunma sayı: 980