hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

“S-400” istehsal edən zavod sahibi həbs OLUNDU

“S-400” istehsal edən zavod sahibi həbs OLUNDU

Rusiyanın Nijniy Novqorod şəhərində “VIP-Stroyinjinirinq” şirkətinin rəhbəri Sergey Deqtyarev həbs olunub.

Unikal.org-un verdiyi xəbərə görə, o, “Nijeqorodskiy zavod - Qələbənin 70 illiyi” zavodunun tikintisi zamanı genişmiqyaslı fırıldaqçılıq əməli törətməkdə ittiham edilir. Burada “S-400” və “S-500” hava hücumundan müdafiə sistemlərinin elementləri istehsal edilir.

S. Deqtyarev 8 sentyabradək penitensiar müəssisəsində saxlanılacaq.

Qeyd olunur ki, "VIP-Stroyinjinirinq” 2013-cü ilin oktyabrında “Nijeqorodskiy zavod - Qələbənin 70 illiyi” zavodunun tikintisi ilə bağlı tenderdə qalib olub. Müqavilənin dəyəri 2 milyard rubldan çox olub.

Nəşr yazır ki, müqavilə şərtlərinə əməl edilməyib. Belə ki, zavod 2016-cı ildə “S-400” zenit-raket sistemləri, “Nebo-M” və “Niobiy” radar komplekslərini istehsal edib. 

Bundan öncə Deqtyarev 2015-ci ildə Şərqi Kosmodromun tikintisi zamanı 1,3 milyard rubl dəyərində vəsaiti mənimsədiyinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra, məhkəmə sahibkarın hərəkətlərini biznesdə saxtakarlıq kimi qiymətləndirib və həbs cəzasını yarıya endirib. O, 2019-cu ilin aprelində azadlığa çıxıb.

Cebhe.info


Oxunma sayı: 914