hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“S-400” raketi Azərbaycana gətirilir? - “Təhlükəsizliyimiz üçün faydalıdır, amma...” - RƏY

“S-400” raketi Azərbaycana gətirilir? - “Təhlükəsizliyimiz üçün faydalıdır, amma...” - RƏY

Türkiyənin Rusiyadan aldığı "S-400" raketlərinin harada yerləşdirəcəyi məsələsi yenidən gündəmə gəlib.

Bu dəfə həmin raketlərin Qətər və ya Azərbaycanda yerləşdirilməsi variantı müzakirə olunur.

Məqsəd Türkiyə-Amerika gərginliyinin aradan qaldırılmasıdır. Bəzi mənbələr Türkiyə rəhbərliyinin bu raketlərdən birinin Ankarada, ikinci raketin isə ölkənin şərqində və cənub-şərqində strateji vacib ərazidə yerləşdiriləcəyini bildirir. Qeyd edək ki, Türkiyə tərəfi əvvəl raketin paytaxt ətrafında yerləşdirilməsi məsələsini müzakirə edib.

“S-400” raketlərinin Azərbaycanda yerləşdirilməsi nə qədər realdırə

Siyasi şərhçi Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bunun mümkünlüyünü istisna etməsə də, müvəqqəti xarakter daşıyacağını deyib:

““S-400” raketləri Türkiyənin özünə lazımdır. Əvvəlki xəbərlərdə bildirilirdi ki, raketlərdən biri təhlükəsizlik səbəbindən Ankarada, digəri isə Türkiyənin şərqində yerləşdiriləcək. Əgər belə xəbər yayılıbsa ki, raketlər Qətər və Azərbaycanda yerləşdiriləcək, demək ABŞ-dan təzyiqlər böyükdür. Rəsmi Ankara da bu təzyiqi neytrallaşdırmaq istəyir. Amma bu, müvəqqəti ola bilər. Əgər “S-400” Qətərdə və Azərbaycanda yerləşdiriləcəkdisə, Türkiyənin nəyinə lazım idiə Çünki Türkiyə illərdir ki, bu danışıqları aparır və pul xərcləyir. Düzdür, bu raketlərin Azərbaycanda yerləşdirilməsi təhlükəsizliyimizin təminatı üçün faydalıdır. Həmçinin Türkiyə-Azərbaycan hərbi ittifaqı da güclənər. Amma olsa belə, bu, müvəqqəti xarakter daşıyacaq”.

Politoloq əlavə edib ki, əslində Türkiyənin bu raketləri Qətər və Azərbaycanda yerləşdirməklə gərginliyi necə aradan qaldıracağı sual doğurur: “Son nəticədə bu raketlər yenə də Türkiyəyə daşınacaq. Amma bu xəbərlərin özü də məndə şübhə doğurur. Bu, o deməkdir ki, Türkiyə hökuməti ABŞ-ın təzyiqlərindən raketləri ölkə ərazisində deyil, iki tərəfdaş ölkədə yerləşdirəcək qədər çəkinir. Ərdoğan ümumiyyətlə, təzyiqi xoşlamır və bunu bitmiş məsələ hesab edir. Görünür, Amerikanın nəbzini yoxlamağa çalışır və bu məqsədlə Qətərlə Azərbaycanın adı hallanır. Hesab edirəm ki, bütün hallarda bu raketlər Türkiyə ərazisində yerləşdirilməlidir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 4060