hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

“Sövdələşməyə yol verməmək üçün...”- Deputatdan bahalaşmaya qarşı TƏKLİF

“Sövdələşməyə yol verməmək üçün...”- Deputatdan bahalaşmaya qarşı TƏKLİF

Hər dəfə olduğu kimi, bu dəfə də əməkhaqqı və müavinətlərin artırılması ilə inflyasiya səviyyəsi də artır.

İstehlak məhsullarının qiymətinin ciddi şəkildə artması əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Cebhe.info-ya açıqlamasında bundan danışıb:

“Azərbaycanda bir adət var. Əməkhaqqı artırılmazdan bir ay əvvəl qiymətləri qaldırmağa başlayırlar. İndi də eyni vəziyyət yaranıb. Hamı bilirdi ki, cənab Prezident çox ciddi sosial layihələrə imza atıb və əməkhaqları, müavinətlər və digər sahələrdə artım olacaq. Buna uyğun olaraq, bəzi möhtəkir sahibkarlar qiymətləri artırmağa başladılar. Bu gün bazarda qiymət artımı hiss olunur. O cümlədən, marketlərdə, ticarət mərkəzlərində də bunu hiss edirik. Qiymət artımının səbəbləri araşdırılmalıdır. Bu, niyə baş verib? Əgər qiymət artımının qarşısını ala bilməyəcəyiksə, yenidən əməkhaqlarını, müavinətləri artırmağın heç bir əhəmiyyəti olmayacaq”.

Deputat deyib ki, qiymət artımının obyektv və subyektiv səbəbləri var: 

“Məsələn, xaricdən hansısa bahalı mal və komponent alınması istehsal edilən məhsulun qiymətini bahalaşdıra bilər. Biri də var ki, məhsulu Azərbaycanda istehsal edirsən, ölkənin daxili potensialından istifadə olunur və birdən-birə qiyməti qaldırırsan. Bunun səbəbi aydın deyil. Yəni bunlar subyektiv səbəblərdir. Doğrudur, bazar iqtisadiyyatında qiymətləri bazar müəyyən edir. Amma dövlət tərəfindən də monitorinqlər aparılmalıdır ki, inhisarçılıq halları, bazarda sövdələşmə olmasın. Qiymət normal olsun ki, vətəndaşlar aldıqları əməkhaqları və pensiyalarla özlərinə lazım olan minimum səbəti yığa bilsinlər”. 

Xatirə Nəsirova 
Cebhe.info


Oxunma sayı: 1750