hava haqqinda Bakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8952
  • NEFT - $ 70.44
  • clouds-weather

“Saakaşvilinin erası bitib” – POLİTOLOQ

“Saakaşvilinin erası bitib” – POLİTOLOQ

“Prezident seçkilərində Zelenskinin qələbəsi yenidən Mixail Saakaşviliyə bu ölkədə vəzifə verilməsinə səbəb olmayacaq”. 

Bunu Cebhe.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Politoloq Saakaşvili erasının bitdiyini bildirib:

“Zelenski Rusiya ilə kəskin problemi olan şəxsi, həmçinin daxili auditoriyada kifayət qədər siyasi gərginliyə səbəb olan birini vəzifəyə gətirərsə, reytinqinə mənfi təsir edər. Hesab edirəm ki, Saakaşvilinin artıq Ukrayna siyasətində rolu effekt verməz. Zelenski gəlib ki, Saakaşvilinin qaldırdığı problemi həll etsin. Ona görə də Zelenskinin belə bir kadra ehtiyacı yoxdur. Həmçinin Proşenko nümunəsi var. Sabah Zelenskiyə qarşı etiraza qalxar. Saakaşvili xasiyyətcə tabeçilikdə işləyən biri deyil. Düşünürəm ki, artıq Saakaşvilinin erası bitib”.

İlkin Sultanlı
Cebhe.info


Oxunma sayı: 296