hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Şağirdlər və abituriyentlər tibbi maskadan istifadə etməlidirlər” – EKSPERT

“Şağirdlər və abituriyentlər tibbi maskadan istifadə etməlidirlər” – EKSPERT

“Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında Hazırlıq kursları, Tədris Mərkəzlərinin, repititorların, hətta evdə keçirilən məşğələlərin fəaliyyəti 2020-ci il 7 dekabr saat 06:00-dək qadağandır! Yalnız onlayn keçirilə bilər".

Cebhe.info xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, digər şəhər və rayonlarda isə yalnız şənbə və bazar günləri hazırlıq kursları, Tədris Mərkəzlərinin, repetitorların, hətta evdə keçirilən məşğələlərin fəaliyyəti qadağandır:

"Şənbə və bazar günləri yalnız onlayn fəaliyyət göstərə bilər. Digər vacib məqam isə tibbi maskadan istifadə olunma ilə bağlıdır.

İndiyədək şagirdlərin, abituriyentləri dərslərdə tibbi maskadan istifadə etməsi məcburi deyildi. 21 noyabrdan etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.

Yəni bundan sonra təkcə müəllimlər yox, şağirdlər və abituriyentlər də məcburi olaraq tibbi maskadan istifadə etməlidirlər".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 3906

Bizim Telegram səhifəmizi izləyin