hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

“Sağlam ailə və sağlam cəmiyyət” - İmişlidə müzakirə keçirilib

“Sağlam ailə və sağlam cəmiyyət” - İmişlidə müzakirə keçirilib

İyunun 21-də “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Ailə münasibətlərinə dair ictimai dinləmənin və sağlam ailə dəyərləri haqqında maarifləndirici tədbirlər” layihəsi çərçivəsində İmişli rayonunda yerli vətəndaşların, polis əməkdaşlarının, QHT nümayəndələrinin iştirakı ilə ictimai müzakirə keçirib.

Cebhe.info xəbər verir ki, tədbir zamanı “Sağlam ailə və sağlam cəmiyyət”, ailə daxili vəzifələr və onların yerinə yetirilməsində nəzərə alınmalı amillər, erkən nigahla bağlı problemlər, boşanmaların artması halları və s. problemlər müzakirə mövzusu olub. 

Tədbir sual-cavab və müzakirə formatında keçirilib. Növbəti ayda "Sağlam ailə sağlam cəmiyyət" mövzusunda İmişli rayonunda gənclər arasında təlimlərin olacağı barədə iştirakçılara məlumat verilib.

Cebhe.info


Oxunma sayı: 551