t “Salyan OİL” şirkətinin fəhlələri etiraz aksiyası keçirdilər
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

“Salyan OİL” şirkətinin fəhlələri etiraz aksiyası keçirdilər

“Salyan OİL” şirkətinin fəhlələri etiraz aksiyası keçirdilər

Bu gün səhər saatlarında “Salyan OİL” Əməliyyat Şirkətinin 200 nəfərə yaxın fəhləsi qurumun Kərimbəyli kəndindəki ofisinin qarşısına toplaşaraq xəbərdarlıq aksiyası keçiriblər.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, fəhlələr bütün əməliyyat şirkətləri arasında ən az əməkhaqqı aldıqlarının bildirərək maaşlarının qaldırılmasını tələb ediblər. 2 saata yaxın davam edən aksiyadan sonra etirazçı fəhlələrin 7 nəfər nümayəndəsi rəhbərlik tərəfindən qəbul edilib. Müzakirələr nəticəsində əldə olunmuş razılığa görə, şirkət rəhbərliyi 2 gün ərzində fəhlələrə görə biləcəyi tədbirlər barədə məlumat verəcək.

Qeyd edək ki, hazırda müəssisədə 900 nəfərə yaxın işçi çalışır, sutkalıq neft hasilatı 600-700 ton, fəhlələrin orta aylıq əməkhaqqı isə 450-500 manatdır.

Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən “Kürsəngi” və “Qarabağlı” neft yataqları müvafiq olaraq 1962-ci və 1960-ci illərdən istismar edilməyə başlanıb.

Cebhe.info


Oxunma sayı: 3972