hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Sarkisyan müharibə olacağını 2018-ci ildə bilirdi, ona görə də...” - Müxalifət lideri

“Sarkisyan müharibə olacağını 2018-ci ildə bilirdi, ona görə də...” - Müxalifət lideri

"Ermənistanda bir çoxları aprel inqilabını, məsələn, Rusiya kimi qəbul etmir. Bu, əslində hakimiyyətin transferidir. Serj Sarkisyan 2018-ci ildə bilirdi ki, Ermənistanı müharibə gözləyir, ona görə də hakimiyyətin Nikol Paşinyana ötürülməsi üçün yaxşı əsas yaratdı".

Cebhe.info xəbər verir ki, bunu Ermənistan müxalifət liderlərindən olan Andreas Qukasyan deyib. 2013-cü ildə prezidentliyə namizəd olan Qusakyan son proseslərlə bağlı bildirib ki, beləliklə Sarkisyan Paşinyanın üzərinə böyük məsuliyyət yükləyib:

"Paşinyan buna sevindi, hakimiyyətə gəldi, ancaq unutdu ki, pulsuz pendir harada olur. İndi tələdə özü oturur".

Serj Sarksiyanın Azərbaycan "KQB"sindən siyasətə gəldiyini deyən müxalifət təmsilçisi Rusiyanın həm onunla, həm də Robert Köçəryanla daha rahat işlədiyini bildirib. Qeyd edib ki, hazırda erməni cəmiyyəti müharibə barədə bir çox həqiqəti bilmir:

"Bizə uzun müddət dedilər ki, 1000 nəfər ölüb. Ancaq başa düşürdük ki, say çoxdur, cəsədlərin hansısa hissəsi o ərazilərdə qalıb. İndi isə bizə 4 min nəfərdən danışırlar".

Xəzər
Cebhe.info


Oxunma sayı: 3818

Bizim Telegram səhifəmizi izləyin