hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

“Sədərək” Ticarət Mərkəzində geyim oğurlayan qadın tutuldu

“Sədərək” Ticarət Mərkəzində geyim oğurlayan qadın tutuldu

"Sədərək” Ticarət Mərkəzində qadın mağzadan geyim əşyaları oğurlayıb.

Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, sentyabrın 12-də saat 13 radələrində "Sədərək” Ticarət Mərkəzindəki mağazaların birindən 200 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən qadın ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Şirvan şəhər sakini olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 419