hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

“Şəhid ailələr hazırda ən çox psixoloji dəstəyə ehtiyac duyur” – DEPUTAT

“Şəhid ailələr hazırda ən çox psixoloji dəstəyə ehtiyac duyur” – DEPUTAT

“Baş nazir Əli Əsədovun qərarı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı komissiyanın yaradılmasını alqışlayıram.

Həm qazilər, həm də şəhid doğmalarıyla ünsiyyət zamanı da onların qürur doğuran davranışlarıyla yanaşı, psixoloji sarsıntı içində olduqlarını da görməmək, duymamaq mümkün deyil”.

Cebhe.info xəbər verir ki, bunu deputat Sahib Aliyev deyib.

O bildirib ki, bu təbiidir, çünki söhbət savaşın od-alovundan çıxmış, bədənində qəlpə gəzdirən, gözünü, qolunu, qıçını, əsgər yoldaşlarını, əzizlərini, bir sıra hallarda tək övladlarını itirmiş insanlardan gedir:

“Bir şəhid atasıyla görüş zamanı elə o özü də bildirdi ki, hazırda ən çox ehtiyac duyduqları şey psixoloji dəstəkdir. Amma gərək bu dəstək, bu yardım, savadlı və sistemli şəkildə edilsin. Ümid edirəm ki, yaradılmış komissiya ən təcrübəli və savadlı mütəxəssisləri cəlb etməklə şəhid doğmalarının, qazilərimizin keçirdikləri psixoloji sarsıntıları mümkün çərçivədə azalda biləcək”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 628

Bizim Telegram səhifəmizi izləyin