hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

“Şəhid və itkin həbçilərin ailələri ilə mütəmadi əlaqə saxlayırıq” – DEPUTAT

“Şəhid və itkin həbçilərin ailələri ilə mütəmadi əlaqə saxlayırıq” – DEPUTAT

“Mingəçevirdə Vətən müharibəsinin 50 nəfər şəhidi və bir itkin ailəsi var. Hər birinin ailəsi ilə birbaşa əlaqəm var və vaxtaşırı ailələrin problemlərinin həllinə mümkün kömək göstərməyə çalışırıq”.

Cebhe.info xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, itkin Tağıyev Pərvizin məsələsini Müdafiə Nazirliyi digər itkinlərimiz kimi diqqətdə saxlayır:

“Vaxtaşırı şəhər hərbi səfərbərlik şöbəsi ilə də telefon zənglərimiz olur. Pərvizin ailəsinin bu günlərdə bir məsələsi var idi. Müvafiq nazirliyin rəhbərliyinə çıxdıq və məsələ həmin gün həll edildi.

Mingəçevirdə həmçinin onlarla qazimiz də var, onların da problemləri diqqətdədir. Bir qazimiz döyüşlərdə hər iki ayağını itirib. Onun əllilik məsələsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə qısa zamanda həll edildi, indi onun rahat protezi hazırlanır”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 507

Bizim Telegram səhifəmizi izləyin