hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

“Şəkər çuğunduru Ukraynadan gəlmir” - Bəs Azərbaycan ikinci yerə necə düşüb? - AÇIQLAMA

“Şəkər çuğunduru Ukraynadan gəlmir” - Bəs Azərbaycan ikinci yerə necə düşüb? - AÇIQLAMA

Azərbaycan 2018-2019 marketinq ilində Ukraynadan şəkər idxalında ikinci yeri tutub.

"Ukrtsukor" assosiasiyasının yaydığı məlumata əsasən, 2018-ci ilin sentyabrından 2019-cu ilin avqust ayınadək Ukrayna istehsalçıları Azərbaycana 74 min ton şəkər ixrac edib. Bu da əvvəlki ilin göstəricisi (43 min ton) ilə müqayisədə 72,1 faiz çoxdur.

Bu müddət ərzində Ukrayna istehsalçıları, ümumilikdə, 144,3 milyon dollar dəyərində 409,8 min ton şəkər ixrac edib. Bu, ötən illə (564 min ton) müqayisədə 27 faiz azdır. Özbəkistan Ukraynadan şəkər idxalında lider olaraq qalır, sadəcə, bu ölkəyə daşımalar xeyli azalaraq 210 min tondan 96 min tona düşüb. Üçüncü yerdə 36 min ton göstərici ilə Tacikistan qərarlaşıb.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli Cebhe.info-ya bildirib ki, Azərbaycan Ukraynadan şəkəri xam şəkər şəklində almır:

“Şəkər idxalına hazır şirniyyatlar, konfetlər, şokoladlar və eləcə də 20-yə yaxın digər şirniyyat çeşidləri daxildir. Azərbaycanın şirniyyat bazarının formalaşmasınada Ukrayna, Belarus, Rusiya çox ciddi rol oynayır. Bu məsələdə Türkiyə də bir qədər aktivlik göstərir. Şəkər xam şəkildə gələ bilər, amma bu rəqəmləri statistikada görə bilmirik. Azərbaycana şəkər çuğunduru Ukraynadan gəlmir, ehtiyac yarandıqda çox az miqdarda İrandan İmişli Şəkər Zavoduna idxal olunur. Azərbaycanın yeganə zavodu İmişli Şəkər Zavodunun əsas xammalını 7 rayonda əkilən şəkər çuğunduru təşkil edir. Builki göstərici təxminən 8 min hektardan çoxdur.

Ölkəmizdə konfet, şokolad və digər şirniyyat hazırlayan zavodlar var ki, onlar məhsul istehsalında istifadə olunan müəyyən komponentləri, xammalı xaricdən gətirmiş ola bilərlər. Bütün bunlar həmin ölkənin statistikasında şəkər idxalı kimi düşür”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 870