hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“Şirvanşahlar” sarayında tarixi daşları doğrayıblar? - Memarın iddiasına RƏSMİ CAVAB

“Şirvanşahlar” sarayında tarixi daşları doğrayıblar? - Memarın iddiasına RƏSMİ CAVAB

“ “Şirvavanşahlar” sarayının içəri divarlarında uzun, 2-3 metr hündürlüyündə daşlar var idi. Bu daşların hamısını doğrayıblar, əsər-əlamət qalmayıb. Yeni bürclər əmələ gətiriblər. O daşlara dəymək olmaz”.

Bu fikirləri Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova səsləndirib. 

Memarın iddiası ilə bağlı Cebhe.info "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əlaqə saxlayıb. 

Cebhe.info-ya açıqlamasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səfayə Əhmədova deyilənlərin həqiqəti əks etdirmədiyini deyib:

“Deyilənlər həqiqəti əks etdirmir. Bərpa, rekonstruksiya yeni tikilinin əlavə olunması deyil, olan abidənin konservasiyası deməkdir. «İçərişəhər» Qoruq İdarəsi hər hansı bir layihəyə başlamadan öncə orada elmi araşdırmalar aparır, mütəxəssislər dəvət edir. Görüləcək işin məqsədi abidənin bundən sonra da uzunömürlülüyünü təmin etməklə yanaşı, onun memarlıq görünüşünü qorumaqdır. Bərpa haqqında da bütün məlumatlar öncədən bizim rəsmi internet səhifəmizdə, mətbu orqanlarımızda dərc edilir. Orada heç bir yeni tikili yoxdur, özünüz də gəlib şəxsən tanış ola bilərsiniz. Vətəndaşlarımız, turistlər daim buranı ziyarət edir və çox da razı qalırlar”. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 26489