hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

“Soyuq müharibə”dən sonra “viza müharibəsi” başladı

“Soyuq müharibə”dən sonra “viza müharibəsi” başladı

Rusiya ABŞ-ı “viza müharibəsi”ndə ittiham edib. 

Cebhe.info xəbər verir ki, bu bəyanatla Rusiyanın ABŞ-dakı səfirliyi çıxış edib. Bəyanatda bildirilir ki,  Rusiya Dövlət Xəzinədarlığının nümayəndə heyətinə ABŞ vizası verilməyib. Nümayəndə heyəti 3 dekabrda beynəlxalq konfransda iştirak üçün Vaşinqtona getməli idi. 

Diplomatik missiya bildirib ki, ABŞ tərəfi viza verilməsindəki problemi əməkdaş sayının azlığı ilə izah edib. Ancaq səfirlik bununla razılaşmır.

Rusiya Ferasiya Şurası isə bu addımın nəticəsiz qalmayacağını bəyan edib. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 1376