hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

“Sumqayıt” “Sabah”dan futbolçu transfer edib

“Sumqayıt” “Sabah”dan futbolçu transfer edib

“Sumqayıt” futbol klubu növbəti transferini rəsmiləşdirib.

Cebhe.info xəbər verir ki, 2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Gənclik şəhəri” təmsilçisi Elgün Nəbiyevi heyətinə cəlb edib. 

Son mövsümü “Sabah”da keçirmiş yarımmüdafiəçi 1 illik icarə əsasında “Sumqayıt”da çıxış edəcək. 23 yaşlı futbolçu 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, E.Nəbiyev “Sabah”la yanaşı (25 oyun, 1 qol), “Zirə”nin də (4 oyun) uğurları üçün çalışıb.

Cebhe.info


Oxunma sayı: 419