hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

“Suriya əməliyyatını davam etdirəcəyik...” - Prezidentdən sərt açıqlama

“Suriya əməliyyatını davam etdirəcəyik...” - Prezidentdən sərt açıqlama

“ABŞ Suriyadakı kürd qüvvələrini təhlükəsizlik bölgəsindən kənarlaşdıracağı ilə bağlı verdiyi vədlərə əməl etməsə, Suriyadakı əməliyyatı davam etdirəcəyik”.

Cebhe.info xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, əks halda əməliyyat dayandırıldığı yerdən davam edəcək.

Qeyd edək ki, Ərdoğan və ABŞ-ın vitse-prezidenti Mayk Pens Suriya kürdlərinin özünümüdafiə qüvvələrini geri çəkmək üçün 120 saatlıq "Sülh çeşməsi” əməliyyatının dayandırılması barədə razılığa gəliblər.

Kürdlər daha sonra bəyan ediblər ki, Türkiyə Silahlı Qüvvələri atəşkəsin əldə olunmasına baxmayaraq Suriyanın şimalındakı şəhərləri atəşə tutmaqda davam edir. Ərdoğan isə bu xəbərləri təkzib edib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 716