hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

“Suriyada ABŞ-ın siyasəti fiaskoya uğradı” - ŞƏRH

“Suriyada ABŞ-ın siyasəti fiaskoya uğradı” - ŞƏRH

“Türkiyə "Barış pınarı" hərbi əməliyyatı çərçivəsində Suriyada YPG terror təşkilatına ciddi zərbə vurdu. ABŞ-ın Ankara ilə ciddi müzakirələrindən sonra Ankara YPG terror təşkilatına qarşı hərbi əməliyyata 120 saat fasilə verdi. ABŞ-ın vitse-prezidenti Mayk Pensin və dövlət katibi Maykl Pompeonun Ankaraya səfərində 13 şərtdən ibarət razılaşma imzalandı. Türkiyə bu razılaşmanı imzalamaqla böyük ölçüdə hədəfinə çatmış olacaq”.

Cebhe.info xəbər verir ki, bu şərhlə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Politoloq deyib ki, terror təşkilatı Ankaranın bufer zonasından geri çəkilir, ABŞ terror təşkilatına verdiyi ağır silahları geri alır:

“Türkiyənin yuxarıdakı şərtlərinə əməl edilsə idi, bu hərbi əməliyyat keçirilməyəcəkdir və ABŞ mövqeyini qoruyub saxlayacaqdı. Bu hərbi əməliyyatla yanaşı Ankara ABŞ-ın "Kürd planı”na zərbə vurdu. Həmçinin ABŞ-la YPG terror təşkilatı arasında etimadsızlıq mühiti yaratdı. Artıq YPG ABŞ-a etibar etməyəcək. Bundan əlavə YPG terror təşkilatının Əsədlə razılığa getməsi, Vaşinqtonun da bundan sonra bu terror təşkilatına ciddi dəstək verəcəyi gözlənilmir”.

Politoloq qeyd edib ki, ABŞ Türkiyədən bu hərbi əməliyyatlara fasilə vermək üçün Türkiyənin şərtlərini qəbul etdi:

“Əgər şərtlərə əməl edilməsə, Ankara antiterror əməliyyatlarına davam edəcək. Bu, atəşkəs deyil, Türkiyənin tələblərinin yerinə yetirilməsi üçün irəli sürdüyü şərtlərə əməl edilməsi vaxtıdır. ABŞ Türkiyənin bu antiterror əməliyyatının müvəqqəti dayandırılması üçün öz imicini qorumağa çalışır. Onsuz da Suriyada ABŞ-ın siyasəti fiaskoya uğradı. YPG terror təşkilatının çəkilcəyi regiona Suriya ordusu nəzarəti götürəcək. Məhz Əsədin bu regiona nəzarət etməsi Ankaranın planına uyğundur. YPG həm Əsədlə, həm də ABŞ əməkdaşlıq edə bilməyəcək. İki seçim arasında qalacaqsa, Əsəd tərəfə keçəcək. Bu da Türkiyənin maraqlarına cavab verir. Əsəd bu terror təşkilatını kifayət qədər zəiflədəcək. Artıq Türkiyə bu əməliyyatla öz hədəflərinə yaxınlaşıb”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2146