hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Şuşanı, Laçını alacağımıza inanıram” - Futbolçu Cavid Hüseynov

“Şuşanı, Laçını alacağımıza inanıram” - Futbolçu Cavid Hüseynov

"Bu 30 ilin həsrətidir. Şükürlər olsun ki, bu həsrətə son qoyulur. Hər kəs çox həyəcanlıdır. Ordumuzun sürətlə irəli getməsi xəbərinə sevinirik".

Bu sözləri Cebhe.info-ya açıqlamasında "Qəbələ"nin futbolçusu Cavid Hüseynov cəbhədə baş verən hadisələrə münasibət bildirərkən deyib. Əslən Cəbrayıldan olan yarımmüdafiəçi torpaqlarımızın tamamilə azad olunacağına inamını bildirib:

"Dua edirik. Əlimizdən bu dəqiqə başqa bir şey gəlmir. Bilirsiniz ki, bir çox insan kimi mən də könüllü olaraq yazılmışam və gözləmə mövqeyindəyik. Ehtiyac olarsa, biz də yollanacağıq. Mən özüm Cəbrayıllı olsam da, Şuşanı, Kəlbəcəri, Laçını da görmək istəyirəm. Bu dəfə çox inanırıq. Prezidentin çıxışı da hər kəsdə böyük inam yaratdı. Bundan sonra geriyə yol yoxdur. Torpaqlarımızın bir qarışı belə onlarda qalmamaq şərtilə hamısını azad edəcəyik".

Azərbaycan millisinin üzvü bir şəhid övladı olaraq, bütün şəhidlərin qisasının alınacağını söyləyib:

"İstəməzdik ki, şəhid verək. O itki, o ab-hava bizim evdə yaşanıb. Mən bilirəm ki, necə bir sarsıdıcı xəbərdir. Atamın timsalında hər bir şəhidimizin qisası alınmalıdır".

Naibə
Cebhe.info


Oxunma sayı: 2872

Bizim Telegram səhifəmizi izləyin