hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

“Suyun altında nə olduğunu heç kim bilmir...” - Xilasedicilər bu şərtlərdə insan həyatını xilas edir - MÜSAHİBƏ

“Suyun altında nə olduğunu heç kim bilmir...” - Xilasedicilər bu şərtlərdə insan həyatını xilas edir - MÜSAHİBƏ

İyunun 15-də ölkə ərazisində çimərlik mövsümü başlayıb.

İsti yay günlərində əhalinin ən çox istirahət etdiyi məkan dənizsahili çimərliklərdir. Bəs Abşeron çimərliklərində təhlükəsizlik necə qorunurə Dənizdə boğulmaların qarşısını almaq üçün hansı tədbirlər görülürə Çimərliklərdə xilasetmə işləri necə təşkil olunurə

“Cümhuriyət” qəzetinin bu və digər suallarımızı Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərdə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili cavablandırıb.

Cebhe.info müsahibəni təqdim edir.

“Xilasedici fiziki və psixoloji cəhətdən sağlam olmalıdır”

- Aqşin bəy, xilasedicilər necə hazırlanırə Ümumiyyətlə, xilasedicilər yetişdirmək üçün xüsusi bir məktəb varmıə

- Biz xilasedici hazırlamaq üçün müsabiqə elan edirik. Söhbət matros xilasedicilərdən gedir. Müsabiqədə iştirak etmək üçün bəzi şərtlər var. Azərbaycan dilini sərbəst bilən, sağlam, həqiqi hərbi xidmət keçmiş və bu peşənin tələbinə uyğun müəyyən qədər hazırlığı olan ölkə vətəndaşları iştirak edə bilərlər. Sağlamlıq haqqında arayış, hərbi bilet, şəxsiyyəti təsdiq edən sənəd və orta təhsil haqqında sənəd də təqdim olunmalıdır. Sənədlər təqdim olunduqdan sonra biz həmin şəxsləri müsabiqəyə dəvət edir və üzmə bacarıqları olanlara kurs keçirik. Xilasedici olmaq üçün insan gərək həm fiziki, həm də psixoloji cəhətdən sağlam olsun, eyni zamanda da kurs keçsin. Bu üçü bir-birini tamamlayanda, artıq xilasedici ola bilirlər.

“Mövsüm başlayandan 105 suda boğulma hadisəsi baş verib”

- Mövsüm başlayandan bu günə qədər çimərliklərdə nə qədər boğulma hadisəsi olubə Ötən illə müqayisədə statistikada artım müşahidə edilirmiə

- Ölkə ərazisində 35 xilasetmə məntəqəmiz var. Onun 25-i Bakı şəhəri və Abşeron yarımadasında yerləşir. Mövsüm başlayandan bu günə qədər 105 suda boğulma hadisəsi baş verib ki, bu hadisələrdə 105 nəfər də bizim xilasedicilərimiz tərəfindən xilas olunub. Bu, ötən illə müqayisədə 49 nəfər çoxdur. Ötən il 56 suda boğulma hadisəsi baş vermişdi. Ölüm hadisəsi il ərzində bizim xidməti ərazilərimizdə qeydə alınmayıb.

- Siz ancaq balansınızda olan qanuni, dövlətin istifadəsinə icazə verdiyi çimərliklərə nəzarət edirsiniz. Biz bilirik ki, qanunsuz da olsa, digər çimərliklər də istifadə olunur, bəs onlara necə nəzarət edilirə

- Bizdə Çimərliklərin İstismarına Nəzarət Şöbəsi var. Həmin bu şöbənin əməkdaşları tərəfindən çimərlik mövsümünə hazırlıqla bağlı monitorinqlər keçirilir. Monitorinq zamanı Nazirlər Kabinetinin 216 saylı qərarı əsas götürülür. “Su obyektlərindən idman və istirahət üçün istifadə qaydaları” ın 2.6-cı bəndində çimərliklərin saxlanılması, təşkili və istifadəsinə dair tələblər qeyd olunub. Həmin tələblərdə müəyyən bəndlər var. Məsələn, hər bir çimərlik mövsümündən qabaq sualtı baxış keçirilməlidir. İkinci növbədə hər bir çimərlikdə xilasedicilər, üzmə sərhədini müəyyən edən nişanlar olmalıdır. Yəni nişan olan yeri keçmək olmaz, ancaq ora qədər üzmək olar. Daha sonra müşahidə qülləsi olmalıdır, xilasedicilər fasiləsiz olaraq oradan müşahidə aparmalıdır. Xidməti ərazilərdə maarifləndirici lövhələr olmalıdır. Vətəndaşlar o lövhələrə əsasən çimərlik ərazisində nəyə icazənin olub- olmadığını bilirlər. Bu il biz çimərlik operatorlarına 102 bildiriş təqdim etmişik. İyun ayında yenidən monitorinq keçirəndə müəyyən elədik ki, çimərlik operatorlarının 99 faizi bu tələblərə əməl eləmir və nəticə etibarilə də həmin ərazilərdə bədbəxt hadisələr baş verir.

- Təhlükəsizlik qaydalarına əməl etməyənlərə nə edir, onlara necə təsir göstərirsizə

- Bizim onların üzərində hansısa inzibati təsir mexanizmimiz yoxdur. Bu, qanunvericilikdə nəzərdə tutulmayıb. Yalnız həmin rayonların icra hakimiyyətlərinə rəsmi məktublar göndəririk .

“Bilə-bilə ki, suyun vəziyyəti ekoloji normalara uyğun deyil, istifadə edirlər”

- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi siyahıda Hövsan çimərliyi çirkli çimərliklər sırasındadır. Dövlət burada çimməyə icazə vermir. Amma orada sizin qüllələriniz var, müşahidə aparırsınız, təhlükəsizliyə nəzarət edirsiniz...

- Dövlət rəsmiləri məlumat verirlər ki, Hövsan, Türkan, Şıx , Qaradağ, Sumqayıt, Novxanı kimi çimərliklərdə çimmək qadağandır. Buna baxmayaraq, vətəndaşlar ora gedirlər. Bilə-bilə ki , suyun vəziyyəti ekoloji normalara uyğun deyil, istifadə edirlər.

- Mövsüm başlamamışdan əvvəl çimərliklərlə bağlı hansısa qurumlara rəy göndərirsizmiə

- Xeyr. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 24 may 2019-cu il tarixli 183 saylı Sərəncamı var. Orada bir çox qurumlara aidiyyatı üzrə tapşırıqlar verilib. Aidiyyatı icra hakimiyyəti başçısına tapşırıq verilib ki, ərazidə təmizlik işi, məişət tullantılarının təmizlənməsinə nəzarət edilsin. Hər quruma aidiyyatı üzrə tapşırıqlar verilib. Bizim vəzifəmiz isə sırf xilasetmədir.

- Turistlərlə bağlı çimərliklərdə hər hansı qeyri-adi hadisəylə rastlaşmısınızmıə Boğulanlar arasında turistlər də varmıə

- Bəli, bu il bizim xilasedicilərimiz tərəfindən artıq altı əcnəbi vətəndaş xilas olunub.

- Aqşin bəy, bir az əvvəl qurumlara tapşırıqlardan danışdınız. Bunun səbəbi qurumlar arasındakı əlaqəsizlikdirə Məsələn, siz İcra Hakimiyyətinə deyirsiz, amma onlar tədbir görmür.

- Hər bir sahibkar öz çimərlik ərazisini müasir standartlara uyğunlaşdırmağa çalışır. Bunun üçün müəyyən qədər vəsait xərcləyir, dizaynerlər dəvət edir. Ancaq təhlükəsizlik məsələlərinə əməl etmir. Bildirim ki, üzmə sərhədini müəyyən edən şarlar elə də bahalı deyil. Eyni zamanda müşahidə qülləsinin qurulması da böyük vəsait tələb etmir. 3-4 il əvvəl mən Yaltaya getmişdim. İsti hava idi. Birdən məlumat bürosundan elan verildi və hamı sudan çıxdı. Mən uzaqda idim, eşitmədim və nə baş verdiyini öyrənmək üçün buröya yaxınlaşdım. Dedilər ki, suyun temperaturu 28 dərəcədir və bu temperaturda sudakı ziyanlı bakteriyalar fəallaşırlar. Əgər insan təsadüfən bu sudan bir qədər udsa, qarın yatalağı xəstəliyinə tutula bilər. İnsanlardakı anlayış da çox önəmlidir. Ancaq biz burada valideynə deyirik ki, uşağı nəzarətsiz qoymayın, cavab olaraq “Sənə nə varə” cümləsini eşidirik. Dəfələrlə olub ki, xilasedicilərimiz təqhir olunub, fiziki təzyiqlərə məruz qalıblar.

Bir məqama da toxunum. Xilas etdiyimiz 105 nəfərin əksəriyyəti ilə söhbət aparmışıq. Soruşuruq ki, necə oldu boğuldunuzə Cavablardan məlum olur ki, əksəriyyət sularda təhlükəsizlik qaydaları haqda məlumatlıdırlar, sadəcə olaraq qaydalara biganə yanaşma boğulma hallarına gətirib çıxarır. Bilə-bilə özlərini təhlükəyə atırlar.

- Fikrimcə, bu, bir az da psixoloji bir haldır. İnsanlar yaxşı üzdüklərinə güvənirlər.

- Düzdür, elə insanlar var, üzmə bacarıqlarına arxayın olurlar. Suda boğulma bir neçə səbəbdən baş verir. Səbəblərdən biri qıcolmadır. Digər bir səbəb ürək-damar xəstəlikləridir. Elə insanlar var ki, bu səbəbdən sahildəcə dünyasını dəyişir. Belə insanlar dənizə getməməlidir. Dənizin xüsusi saatları var, saat 11-dən günorta 4-ə qədər günəş şüası altında fasiləsiz dayanmaq təhlükəlidir.

- Aqşin bəy, son olaraq sahibkarlara, vətəndaşlara çimərliklərlə bağlı nə demək istəyirsinizə

- Çimərlik operatorlarına bildirmək istəyirik ki, öz ərazilərində təhlükəsizlik tədbirlərinə əməl etsinlər. Heç olmasa oraya maarifləndirici lövhələr yerləşdirsinlər. Həmin ərazilərdə çimməyin təhlükəli olduğunu əks etdirən nişanlar quraşdırsınlar. Mən özüm Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirmişəm. Yay aylarında təcrübəyə gedirdik. 2000-ci ildə Türkmənistanda idik. 10 nəfər dənizdə çimməyə getdik, orada dənizin sahili çox dərindir, təxminən 4 metr dərinliyi var. Dedik , gəlin, bir-bir suyun altından nəsə götürüb çıxaq. Bizdə bir nəfər düşdü və qayıtmadı. Hamımız arxasınca getdik, çatanda gördük ki, köhnə dəmir çarpayı toru var, dostumuz əlini uzadıb ki, onun altından nəsə götürsün, əli tora keçib və çıxara bilməyib. Biz 3-4 nəfər onun əlini birtəhər çıxardıq. Bəlkə 3-4 saniyə gec anlasaq, ölə bilərdi. Onu demək istəyirəm ki, suyun altında nə olduğunu heç kim bilmir. Buna ancaq dalğıclar baxış keçirib rəy verə bilər.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 6359