hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

“Türk dövlətlərinin vahid orudusu qurulacaq” - Azər Həsrət

“Türk dövlətlərinin vahid orudusu qurulacaq” - Azər Həsrət

“Gec-tez türk dövlətlərinin vahid ordusu qurulacaq. Bunun qurulmaması üçün heç bir səbəb yoxdur”. 

Bunu Cebhe.info-ya açıqlamasında Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət deyib: 

“Türk dövlətləri təəssüflər olsun ki, inteqrasiya proseslərini sürətli aparmır. Amma ümumilikdə götürəndə türk dünyasının inteqrasiyası qaçılmaz prosesdir. Bu, bütün sahələrdə baş verməkdədir. Xüsusən indiki yeni texnologiyalar dövründə  inteqrasiya məsələsi daha da asanlaşıb. Hərbi inteqrasiya qaçılmaz zərurətdir. Çünki türk dövlətlərini yalnız onların birliyi qoruya bilər. Elə hazırda Türkiyənin Suriyada apardığı “Sülh çeşməsi” əməliyyatını türk dövlətləri dəstəkləyir. Hətta Türkiyə hər zaman ərəb dövlətlərinin mövqeyini müdafiə etsə də, ərəb dövlətləri birləşərək Türkiyənin Suriyada apardığı antiterror əməliyyatını pislədilər. Ona görə də mən düşünürəm ki, türk dövlətlərinin hərbi birliyinin qurulma zərurəti var. Digər tərəfdən, Türkiyə NATO-nun üzvü olsa da, alyans Türkiyənin antiterror əməliyyatına heç bir dəstək vermir. Halbuki NATO həmişə ABŞ-ın bu kimi əməliyyatlarına çox ciddi yardım göstərib. Yəni NATO-nun ikili standartı olduğu üçün türk dövlətlərinin də özlərinin hərbi güclərini birləşdirmələrinə zərurət var”.  

Ekspert bildirib ki, türk dövlətlərinə qarşı Qərbin təhdidi artıqca, bu birliyin yaranması sürətlənəcək: 

“Bəzi türk dövlətləri - Azərbaycan, Türkiyə, Qazaxıstan kimi dövlətlər artıq bu təhdidləri çox ciddi hiss edir. Digər türk dövlətləri də bu təhdidləri ciddi şəkildə hiss etdikcə, hərbi birliyin yaranması sürətlənəcək”. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 2586