hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

“Türkiyəni sevirəm” – Donald Tramp

“Türkiyəni sevirəm” – Donald Tramp

"Türkiyə ilə münasibətlərimiz yaxşıdır. Türkiyəni sevirəm. Ərdoğanla yaxşı razılaşırıq. Onunla görüşə bilərəm".

Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Londonda keçiriləcək NATO zirvəsi öncəsi səsləndirib.

O, Türkiyənin İŞİD lideri Əbubəkr Əl Bağdadinin tutulması əməliyyatında böyük kömək etdiyini deyib: 

"Türkiyə bundan artığını edə bilməzdi, daha çox dəstək verə bilməzdi".

"Suriyadakı əməliyyatdan sonra Türkiyə NATO üzvü olaraq qalmalıdırmı?" sualına cavabında isə Donald Tramp  deyib ki, bu üzvlər arasında müzakirə ediləcək bir məsələdir.

Xatirə
Cebhe.info


Oxunma sayı: 441