hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

“Türkiyənin bu raket sisteminə ehtiyacı yoxdur” - ŞƏRH

“Türkiyənin bu raket sisteminə ehtiyacı yoxdur” - ŞƏRH

Rusiyadan Türkiyəyə "S-400"-lər artıq gətirildi. Bununla iki ölkə strateji hərbi əməkdaşlıq müstəvisində yeni mərhələyə start verdi.

Bu həm də Türkiyə ilə NATO arasında soyuq münasibətlərin başlanmasının başlanğıcı oldu”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, "S-400"-ün 12-15 iyul arası Türkiyəyə daşınması və hərbi çevrilişə cəhd günü ilə üst-üstə düşməsi Qərbə mesajıdı:

“NATO-nun Rusiyaya qarşı kəskinləşən siyasi-hərbi doktrinası fondunda Ankaranın Moskva ilə hərbi-texniki əməkdaşlığı Alyansda çatların baş verməsinə və Moskvanın bu təşkilat üzərində psixoloji, eləcə də siyasi qələbəsinə gətirəcək.

Qeyd edim ki, Türkiyə rəhbərliyi, bu silahları almaqla və Rusiya ilə siyasi yaxınlaşmaqla 2016-il iyul hərbi çevrilişində ona dəstək olan Moskvaya minnətdarlıq və Qərbə qarşı öz dirənişini nümayiş etdirmək siyasəti güdür. Bununla demək olar ki, Ankara artıq Qərbin bir nömrəli hədəfi halına gəldi.

Ümumiyyətlə, Türkiyənin bu raket sisteminə ehtiyacı yoxdur. Qərblə normal əməkdaşlıq davam etsəydi, kimdən müdafiə olunacaqdıə

Hazırda Suriyadan və İraqdan Türkiyəyə havadan heç bir təhlükə yoxdur. Yunanıstanla da NATO-da hərbi müttəfiqdirlər. Görünür, Ərdoğan Qərbdən uzaqlaşmaq kursu həyata keçirməklə Rusiyadan bu silahları idxal etməsi, NATO və ABŞ-dan müdafiə olunmağı planlayır. Təbii ki, bu AKP-nin bu siyasəti öz şəxsi hakimiyyətləri üçün ölkənin milli təhlükəsizliyini riskə atmaq deməkdir.

Demək olar ki, Ərdoğan bütün ənənəvi müttəfiqləri ilə düşmənçilik prosesindədir. Qərblə çox ciddi şəkildə konfontrasiyaya gedərək daxili auditoriyanı ələ almaq üçün istifadə edir. Əzəli rəqibi olan Rusiya ilə yaxınlaşmaq kursu götürdü. Bu geosiyasi nizamda uduşlu Kremldi və NATO-dan Türkiyəni ayırmaqla öz geosiyasi məqsədlərini uğurla həyata keçirir.

Türkiyədə 2003-cü ildən hakimiyyətə gələn islamçılar anti-Qərb siyasəti aparmaqla Türkiyəni Qərbin hədəfinə gətirib. Ümumiyyətlə uzaq vədəli Türkiyə-Rusiya müttəfiqliyi mümkün deyil. 2023-cü ildə Türkiyədə hakimiyyət dəyişikliyi həyata keçiriləndən sonra Ankara yenidən öz ənənəvi müttəfiqləri ilə bir cərgədə yer alacaq. Məhz ABŞ və Avropa 2023-cü ilə kimi ölkə daxilində və xaricində Ərdoğana qarşı zəiflətmək planı həyata keçirəcək”.

Politoloqun fikrincə, ABŞ və Avropa Türkiyəyə qarşı iqtisadi sanksiyaları işə salarsa, Ərdoğana qarşı etirazlar dalğası başlayacaq:

Türkiyə-Rusiya əməkdaşlığının inkişafı Qarabağ münaqişəsinin nizamlanmasına heç bir müsbət təsir etməyəcək və Türkiyənin Cənubi Qafqazda rolu zəifləyəcək”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1970