hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

“Türkiyəyə qarşı ermənilərdən ibarət yeni koalisiya” - AÇIQLAMA

“Türkiyəyə qarşı ermənilərdən ibarət yeni koalisiya” - AÇIQLAMA

Nubar Ozanyan adına Suriya-Erməni könüllüləri batalyonu, Türkiyə ordusuna qarşı mübarizədə kürdlərə qoşulmaq üçün Tel Temirdən Ras əl-Ayn şəhərinə yollanıb.

Erməni yaraqlıları Türkiyənin Suriyadakı torpaqları ələ keçirmək istədiyini iddia edir və ərəbləri, kürdləri və erməniləri Türkiyə Ordusuna qarşı çıxmaq üçün birləşməyə çağırıblar.

Cebhe.info-ya açıqlamasında politoloq Elşən Manafov Türkiyəyə qarşı ermənilərdən ibarət yeni koalisiyanın yarana biləcəyini deyib:

“Türkiyənin Suriyada apardığı antiterror əməliyyatları onun NATO üzrə müttəfiqləri tərəfindən ciddi narazılıqlarla qarşılanıb. Fransa Prezidenti Emmanuel Makronun Almaniya kansleri Angela Merkellə apardığı danışıqlarda bu məsələ müzakirə olunub. Bundan əvvəl də Emmanuel Makro Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət edərək, Türkiyənin apardığı hərbi əməliyyatları dərhal dayandırmasını israrla tələb etmişdir.

Artıq bəzi dövlətlər Türkiyəyə silah satmaqdan imtina edəcəklərini bəyan ediblər. Türkiyənin apardığı bu əməliyyatlar, eyni zamanda türklərin əzəli və əbədi düşməni olan erməniləri də ciddi şəkildə narahat etmiş və narazı salmışdır. Bu mənada erməni könüllülərindən ibarət birləşmələrin yaranması yeni koalisiyanın yarana biləcəyi haqda hansısa amilləri gündəmə gətirə bilər. Bu məsələdə ermənilərin maraqları bəzi Ərəb dövlətlərinin maraqları ilə üst-üstə düşür.

Digər maraqlı məqam isə erməni diasporasının mövqelərinə Qərbin təsiridir. Çünki bu diasporanı Rusiyadan daha çox Qərb maliyyələşdirir. Burada Avropa Birliyinin Türkiyəyə qarşı mövqe sərgiləyəcəyini də istisna etmirəm. Demək olar ki, ermənilərin mövqeyi Türkiyədən daha çox Türkiyənin Qərbdəki müttəfiqlərinin mövqelərilə üst-üstə düşür. Yeni Osmanlı layihəsinin reallaşmasına imkan verməmək, Türkiyənin getdikcə bölgədə artan nüfuzunun qarşısını almaq, onun regional dövlət olaraq imkanlarını məhdudlaşdırmaq.

Əslində, perspektivdə Türk torpaqları hesabına Ermənistan və Kürdüstan dövlətlərinin yaradıla biləcəyi ilə bağlı Qərbdəki müəyyən geosiyasi layihələrin xeyrinə addımlar atmaqdır. Bütün mahiyyət bundan ibarətdir. Amma Nubar Ozanyan adına Suriya-Erməni könüllüləri batalyonu, Türkiyə ordusunun qarşısında acizdir”.
Əli Bədir
Cebhe.info


Oxunma sayı: 12629